Bakı Zooloji Parkı ziyarətçilər üçün açıldı

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkı ziyarətçilər üçün açılıb.
Sozcu.info xəbər verir ki, parkın ilk ziyarətçiləri internat evlərindən və şəhid ailələrindən olan 450 nəfərə yaxın uşaq olub.
Parkın icraçı direktoru Nəzakət İsayeva məlumat verib ki, park hər gün səhər saat 10.00-dan axşam 17:30-a kimi açıq olacaq. Biletlərin qiyməti böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manat, şəhid ailələri üçün pulsuz, qazilər və övladları, I-II-III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün güzəştli olacaq. Həmçinin 3 yaşa qədər uşaqlar üçün parka giriş pulsuz olacaq.
Zooloji parkın ərazisindəki qapalı məkanlara-akvaterrariuma və restoranlara giriş üçün COVID-19 pasportu tələb olunacaq.


Oxşar Xəbərlər

Xəbər lenti