Gənclər təşkilatı Lerik rayonunda tədbir keçirib

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 07 noyabr 2021- ci il tarixində Gənclər Fondunun dəstəyi ilə Lerik rayonunda “Narkomaniya insanlığın faciəsidir” adlı layihəsini həyata keçirib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə mərkəzin direktoru Hüsaməddin Abbasov, Ailə sağlamlıq mərkəzinin həkimi Etibar Həşimov, rayon Gənclər və idman idarəsinin rəisi Natiq İsaqov, Gənclər idarəsinin əməkdaşı Orxan Abbaszadə, rayon Rolis Şöbəsinin əməkdaşı kapitan Tural Nərimanzadə, Təşkilatın nümayəndəsi Tələt Qəribov öz çıxışlarında narkomaniyanın bəşəri bir bəla olduğunu, dünyanı təhdid etdiyini, narkomaniyaya bağlı cinaytətlərin sayının artmasını xüsusilə vurğuladılar. Tədbirdə iştirak edən rayon gənclərinin bu sahədəki fikirləri və təklifləri dinlənildi.






Oxşar Xəbərlər

Xəbər lenti