Məşhur çimərliyə girişdə qapı qoyuldu - Fotolar

Məlum olduğu kimi, ötən ilin yayından Bilgəh qəsəbəsindəki “Daçnik” adı ilə tanınan məşhur çimərliyə giriş bağlanıb.
Bir qrup sakin Bakının Sabunçu rayonunda yerləşən çimərliklə bağlı “Qafqazinfo”ya müraciət edərək bildirib ki, indi həmin sahilə giriş daha sərt şəkil alır. Belə ki, ərazidə yaşayanların sözlərinə görə, əvvəl həmin yerdə dəmir barmaqlıqlar quraşdırılsa da, hazırda orada daş hörgü işləri görülür. Həmin yerə daş töküldüyü və hasar qaldırılacağı deyilir. İşlərin isə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən görüldüyü bildirilir.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının Bilgəh qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Murad Cənnətov saytımıza bildirib ki, hazırda həmin ərazidə qapının qoyulması məqsədilə tikinti işləri aparılır: “Həmin yerdən bağ sakinlərinin istifadə etməsi, gediş-gəlişlərinin təmin olunması üçün qapı quraşdırılır. Hazırda qapı hörgüsünün işləri görülür. Qapıdan sırf həmin ərazidə yerləşən bağ sakinləri istifadə edə biləcək. Orada daha əvvəlki kimi maşınların dayanmasına qətiyyən icazə verilməyəcək”.
İcra nümayəndəsi, həmçinin vurğulayıb ki, həmin yer qeyri-çimərlik ərazisidir: “Ərazidə hətta Fövqəladə Hallar Nazirliyi çimməyin qadağan olunması ilə bağlı xəbərdarlıq nişanları da quraşdırıb”. 



Oxşar Xəbərlər

Xəbər lenti