İcra başçısı təmir-tikinti işləriylə maraqlandı - FOTOLAR

Suraxanı rayonunda rahat gediş-gəlişin təmin edilməsi məqsədilə nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçələrdə təmir-tikinti işləri davam etdirilir.
İcra Hakimiyyətindən Sozcu.info-ya verilən xəbərə görə, hazırda rayon ərazisində əsaslı şəkildə təmir olunan yollardan biri də Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsidir. Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən küçədə 15220 kv.m asfalt örtüyü salınır. Həmçinin piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yolun sağ və sol hissələrində 1750 m ön böyük bardür, 1750 m arxa kiçik bardür düzülərək səkilər təmir olunmuş və 3500 kv.m asfalt örtüyü salınmışdır. Asfaltlanma işləri yekunlaşdıqdan sonra ətraf ərazidə yeni yaşıllıq zolaqlarının salınması da nəzərdə tutulmuşdur.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yerində baxış zamanı görülən işlərin mövcud vəziyyəti ilə maraqlanmış və aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.
Sozcu.info 


Oxşar Xəbərlər

Xəbər lenti