Tovuzda rəis at oynadır


 

 


 

 

Misir adlı bir qarayaxa qaişnikin Tovuzdan uzaqlaşdırılmasını sükan arxasında əyləşən sürücülər toy-bayram etdilər. Sən demə onların sevinci əbəs imiş. Misirin əvəzinə yol patrul xidmətinə rəis təyin edilən Füzuli Məmmədov pambıqla daş kəsən imiş.

Füzuli bəy vəzifə səlahiyyətlərini aşaraq başlayıb Tovuzda at oynatmağa. Yol hərəkət qaydalarını "pozan”, yaxud da əsrik meşələrindən istirahətdən gələnlər qaz kimi elə yolunurlar ki, bir dəriləri qalır, bir də sümükləri. Əlbəttə sərxoşa sükan arxasında yer yoxdur. Ancaq kimə, necə, nə töhür? Dırnaqarası bir "müxbir” Əsrikdə araxdan vurur,ailəsi ilə birlikdə maşını idarə edirsə və qaişniklər də onu saxlayıb buraxırlarsa buna nə ad vermək olar? Digər bir sürücü cəmi 50 qram arax içib sükan arxasında əyləşirsə ona sərxoşluq dərəcəsi yoxlanmadan 400 manat cərimə yazılır.

Eləcə də sürücülük vəsiqəsi yaddan çıxıb evdə qalan sürücünün ailəsi maşından düşürülür, avtomobil də "ştrafnoya” salınır.

Əgər Füzili Məmmədovdan soruşsanki, nə üçün belə edirsən, o dəqiqə də cavab verəcək ki, mən gündəlik plan verirəm, ayrı cür də ola bilməz.

Indi Tovuzlular gecə-gündüz əvvəlki rəisin- yəni Misir bəyin ölü-dirisinə rəhmət oxuyurlar. Sən demə bu rəis əsil yumurtadan yun qırxan imiş.

 

S.Məmmədov,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti