8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“İqtisadiyyatı güclü olan xalq hər şeyə qadirdir!” Zamanında bu cümlə Ulu Öndər dahi şəxsiyyət müasir Azərbaycanın memarı, Heydər Əliyev tərəfindən deyilmişdir.Uzaqgörən siyasətçi və liderimizin hər bir dediyi cümlə Azərbaycanın bir çox uğurlara imza atmağına sanki mayak olur. Bu deyilən sözlərdən motivasiya alaraq hər zaman bir dövlət və xalq olaraq irəli gedirik. Çünki təsadüfi deyil ki, dövlətimizin başçısı Ulu Öndərin siyasi varisi və davamçısı Prezidentimiz İlham Əliyev cənablarıdır.
Dövlətin daxilində görülən müsbət mənada əməli işlər bəs etmir. Elə buna görədir ki, hər zaman Prezident İlham Əliyev xarici dövlətlərlə də bir çox işğüzar görüşlərdə olur və hər dəfə də bu görüşlərdə hər iki dövlətə istər bizə istərsə qarşı tərəfə xeyir əldə oluna biləcək müqavilələr imzalayır. Xüsusən bu görüşlər müsəlman dövlətləri arasında imzalanarkən qardaş xalqların birliyi daha da güçlənir aralarındakı dostluq bağları daha da möhkəmlənir. Belə qardaş ölkələrdən biri də Türkmənistandır. Türkmənistanın bizim dövlətlə dostluğu və qardaşlığı tarixi köklərə söykənir.14 Dekabr tarixində Türkmənistanda təşkil olunmuş üç tərəfli zirvə görüşündə Prezident İlham Əliyev və onun xanımı Mehriban xanım Əliyeva da iştirak etmişlər. Televiziya vasitəsilə yayımlanan bu görüşün bir anı mənə bir Azərbaycanlı kimi çox xoş oldu. Belə ki, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri, Qurbanqulu Berdıməhəmmədovun bizim Prezidentimizə “qardaşım İlham Heydər oğlu!” deyərək xitab etməsi iki ölkənin biri-birinə səmimiyyətindən isti münasibətindən xəbər verir.
Azərbaycan ilə Türkmənistan arasında 2017-ci ildə strateji tərəfdaşlıq haqqında bəyannamə eyni zamanda Türkiyə ilə keçən il imzalanmış Şuşa bəyannaməsinin nəticəsi bizim dövlətimizlə strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələrin müsbət olmasını göstərir. İqtisadiyyatın inkişafında istər Azərbaycan Türkiyə istərsə də Türkmənistanın uğurları danılmazdır. Belə ki, Prezidentimiz Cənab İlham Əliyev 14 dekabr tarixində Türkmənistanda çıxışı zamanı 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin 45% artaraq 5 milyard dollara çatmasını Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmasını söyləmişdir. Həmçinin Türkmənistan ilə ticarət dövriyyəsinin də 5 dəfə artmağı bildirilmişdir.Azərbaycana ötən illərdə Bakı-Tibilisi-Qars dəmiryolu uğur gətirdiyi qədər inanıb və güvənirəm ki, Zəngəzur dəhlizindən keçən dəmiryolu xətti də dövlətimiz üçün yeni iqtisadi və sosial uğurlara imza atacaq.44 günlük Vətən Müharibəsinin zəfəri əslində tək torpaqların işğaldan azad olunması ilə bitmədi belə ki, bu zəfər bizi yeni iqtisadi zəfərlərə səsləyir. İşğaldan azad olunmuş torpaqlarda güclü dövlətimiz və uzaqgörən Prezidentimiz sayəsində yeni nəqliyyat kommunikasiya layihələri, turizm obyektləri yaradılır. Gələcəkdə otuz il istifadəmizdə olmayan torpaqlarımızın yenidən bəhrəsini görmək, doğma Azərbaycana ev yiyəsi olaraq qismət olacaq! Mən buna əminəm!Cəmilə AğayevaSuraxanı rayon Əmircan Bələdiyyəsinin sədri
Sozcu.info