8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
31 Dekabr –bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərindən biri Dünya Azərbaycanlıların Həmrəyliyi günüdür.Bu günün əsası 1989 –cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ-İran sərhədinin) dağılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüşü –Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması o taylı bu taylı millətin həftələrlə Araz qırğınında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütovləşdirməyə cəhd idi.Həmrəylik günü birləşmək istəyinin simvolik nişandır.Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına əsaslanır. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlıların özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq idelogiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ona Vətənin inkişafına, onun dünya birliyinə layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhvə verməyi özünün mənəvi borcu sayır.Ötən əsrin 80-ci illərin axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda mill oyanış hərəkatının geniş fürsət almasına gətirib çıxartdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddia irəli sürməsi Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının yurd-yuvasından qovulması ilə nəticələnməsi “Meydan hərəkatının”əsasını qoydu. Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başladı. Həmin günlər göstərdi ki, xalqımız müstəqil olmağa,azad yaşamağa layiqdir. Belə bir vaxtda azərbaycanlıların vətən naminə həmrəyliyinə, birliyinə ehtiyac yarandı. Beləliklə, bu baş verənlərin fonunda 31 dekabr Azərbaycanın tarixinə Milli Həmrəylik Günü kimi daxil oldu. Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və birlik günün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir. 2001-ci il noyabr ayın 9-10 Bakıda Dünya Azərbaycanlılarının l qurultayı keçirildi. Qurultay Dünya Azərbaycanlılarının birləşdirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm hadisəyə çevrildi.Qurultayda dərin məzmunlu nitq söyləyən Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi.Müdrik rəhbərin söylədiyi fikirlər həmvətənlərimiz üçün milli qürur rəmzinə çevrilmişdir.”Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam.”
Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu öndər xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx birləşmələri üçün dəyərli tövsiyyələr verirdi. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər.Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Azərbaycan həqiqətlərinin dünya ictimayətinə çatdırılmasında zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqlarının lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın-xalqımızın tarixini yazır və nəsillərdən-nəsilə ötürürlər.Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinəçevirmiş cənab Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrləsəsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasının Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız da milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhvə verir.Cənab Prezident İlham Əliyev “Dünya azərbaycanlılarının ll qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuşdur.Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafından sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birəşdilər. Cənab Prezident İlham Əliyev qələbə münasibətilə xalqımızı təbrik edəndə bunu xüsusilə vurğuladı: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azəraycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri qələbəmizə layiqli töhvə olmuşdur.
ll Qarabağ müharibəsi zamanı Prezidentimizin ortaya qoyduğu nümünə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçımızın vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandanızmızın qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbayanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirirdi.Bu gün hər hansı bir ölkədə yaşamasından asılı olmayaraq ürəyi vətən eşqi ilə döyünən hər bir azərbaycanlı şəxs müstəqilliyimizi qorumağı və möhkəmləndirməyi borc saymalı, kənarda bu diyarı şərəflə təmsil etməlidir. Dünya azərbaycanlılarının müstəqil dövlətimizin bayrağı, himni, gerbi, uğurları ilə fəxr edirlər, Çünki, azərbaycan onların da sevimli Vətənidir.285 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimiMəmmədova İradə Şəhriyar qızı
Sozcu.info