8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
2023-cü il fevralın 3-də ölkəmizdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində isə 1-ci iclası keçirildi. Cənub Qaz Dəhlizi layihəsininin əsas məqsədiAvropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır. Başlanğıcından etibarən bu layihə çərçivəsində hasil ediləcək təbii qazınAzərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan,Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılması nəzərdə tutulmuşdur. Layihənin həyata keçirilməsində fəallıq göstərən və bu layihəyə yarandığı gündən dəstək verən bir sıra dövlətlərin- Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri Məşvərət Şurasının toplantılarında iştirak edirdilər. Eyni zamandalayihələrdə pay sahibləri olan transmilli şirkətlərin və maliyyə qurumlarının rəhbərləri də toplantılara qatılmışdılar.Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çoxlu dəyişikliklər baş verib, enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsinə çevrilib. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açılıb: "Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq".
Cənub Qaz Dəhlizi fəaliyyətə başladığı gündən bu günə qədər layihəyə qoşulmaq istəyən dövlətlərin sayı artmışdır. Bu da Azərbaycan tərəfindən həyata keçirilən Cənubi Qaz Dəhlizi layihəsinin qlobal siyasi əhəmiyyətini, iqtisadi səmərəliliyini və cazibədarlığını bir daha sübut edir. Əminliklə deyə bilərik ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası Avropaya yeni mənbədən nəhəng bir dəhlizlə təbii qazın tədarükü ilə bağlı missiyasının öhdəsindən uğurla gəlir. Cənub Qaz Dəhlizi sabit enerji təchizatının unikal elementidir.
Cənub Qaz Dəhlizi vasitəsilə ötürülən təbii qazınhəcminin 2 dəfə artırılması, yaşıl enerji resurslarının istehsalı və Avropaya nəqli ilə bağlı mütəmadi aparılan danışıqlar, imzalanan sənədlər Avropa üçün Azərbaycan enerjisinin nə qədər vacib olduğunu bir daha göstərir.Ümumiyyətlə, onu da vurğulamaq istərdim ki, Cənub Qaz Dəhlizinə və Azərbaycanın digər enerji layihələrinə bütün ölkələr arasında böyük maraq vardır. Bu maraq günbəgün daha da artmaqda davam edir.Məşvərət Şurası çərçivəsində keçirilən toplantılarda çıxışı zamanı cənab Prezident Azərbaycanın həm qaz hasilatını artırmağı, həm də ölkə daxilində enerji səmərəliliyini təmin etməyi planlaşdırdığını bildirərək"Biz itkilərin azaldılması proqramı, o cümlədən elektrik enerjisi və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində çalışırıq” demişdir.Artıq Azərbaycanda “Masdar" və "ACWA Power" kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə əlaqədar həyata keçirilən sərmayə layihələrinin ümumi həcmi 470 meqavatdır. Yaxın gələcəkdə BP şirkəti ilə yeni layihənin icrasına başlanacağı nəzərdə tutulan məsələlərdəndir. Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası vasitəsilə əldə olunacaq 710 meqavat enerji gələcəkdə yüz milyonlarla kub metr qaza qənaət etməyə imkan verəcəkdir.
Artıq təsdiq olunmuş faktdır ki, Azərbaycan böyük yaşıl enerji potensialına malikdir. Eləcə dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır.Hal-hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı aparılan danışıqlar ölkəmizin dünyadakı nüfuzunun, ona olan inam və etibarının artmasının bariz göstəricisidir.Məlahət Əliyeva
Suraxanı rayonu 278 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info