Bakıda Cənubi Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində görüş

Bakıda Cənubi Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub.
Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Əvvəlcə mən Rumıniya Prezidentini salamlamaq istəyirəm. O,Azərbaycana rəsmi səfərə gəlib bugünki mühüm tədbirdə iştirakına görə təşəkkürümü bildirirəm. Bu bir daha onu göstərir ki, Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir və bizim gələcək ümumi addımlar strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələndirmə nəticəsində atılacaqdır. Mən xüsusi olaraq xanım komissar Simsona təşəkkürümü bildirmək istəyirəm ki, o, bizim bütün təşəbbüslərimizə davamlı dəstək verib və Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının toplantısının çox fəal həmsədri olub, bu mühüm layihənin uğurlu icrasına töhvə verib. Biz bu gün artıq 9-cu dəfədir ki,toplaşırıq, əlbəttə bir çox məsələlər haqqında danışmalıyıq. Adətən, etdiyimiz kimi, görülən işləri nəzərdən keçirməliyik və ən vacibi gələcək addımlarımızı planlaşdırmalıyıq.
Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının 8-ci toplantısından sonra dünyada bir çox şey dəyişibdir. O toplantı bir il öncə burada keçirilmişdir. Dünya dəyişib,enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görürük ki, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik. Baxmayaraq ki, Cənubi qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu,lakin biz onu mümkün qədər tez başa çatdırmağa çalışdıq.Cənubi Qaz Dəhlizi iki il bundan qabaq açıldı. Bu gün artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk. Bu,alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir.Ötən il bir neçə vacib hadisə oldu. Bu da bizim enerji təhlükəsizliyi sahəsində ümumi öhdəliyimizi nümayiş etdirir. Mən mühüm bir sənədi qeyd etmək istəyirəm. O sənəd ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fron der Lyayen və mənim tərəfimdən imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandumdur və o, əslində gələcək planlarımız üçün aydın yol xəritəsidir.
Avropaya qaz ixracımızı 2027-ci ilə qədər  iki dəfə artırmağı planlaşdırırıq və bu mümkündür. Çünki bizim resurslarımız var. Cənubi Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri təbii ki, həll olunmalı texniki və bəzən siyasi məsələlərdən başqa yüksək səviyyədə qarşılıqlı etimaddır və mən bunu qarşılıqlı həmrəylik adlandırardım. Məhz bu halda əgər kimin nəyəsə ehtiyacı varsa, biz dərhal  dəstək verməyə çalışırıq. Digər mühüm bir hadisə isə Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılması idi.Dekabr ayı enerji təhlükəsizliyi üçün çox vacib idi, çünki iki mühüm hadisə baş verdi. Birincisi, biz Azərbaycan  və Rumıniya  Qaz Təchizatı haqqında saziş imzaladıq və qaz təchizatı  bu yaxınlarda başlayacaq.
Beləliklə, Rumıniya həmin Cənubi Qaz Dəhlizində iştirak edən ölkələr heyətinə qoşulur və biz həmçinin Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində sazişi Azərbaycan,Gürcüstan, Macarıstan və Rumıniya arasında imzaladıq.Əgər bu il haqqında danışsaq, yanvar ayında biz Azərbaycan ilə Macarıstan arasında Qaz Təchizatı sahəsində Anlaşma Memorandumunu imzaladıq  və beləliklə, heyətimizə üzv olan ölkələrin sayı artır. Bütün bunlar ilk növbədə cəlb edilmiş ölkələrlə sıx siyasi münasibətlər, fəal əlaqələndirmə və Avropa Komissiyası ilə Azərbaycanın bu təşəbbüslərə səmərəli rəhbərliyi sayəsində mümkün olmuşdur. Avropa İttifaqı ilə Azərbaycan arasında başlamış və rəsmi çərçivəyə salınmış enerji dialoqunu da göstərmək olar. Bu dialoq  təbii qazı, elektrik enerjisini, hidrogeni və yaşıl hidrogeni özündə əks etdirir. Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz olunması məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə başladıq. Hazırda yeni yataqlardan bu il gözlədiyimiz hasilat, eləcə də mövcud Şahdəniz yatağında hasilatın artırılması buna imkan verir. Biz itkilərin azaldılması proqramı, o cümlədən,elektrik enerjisinin  və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində çalışırıq.
Mən dəfələrlə  bildirmişəm ki,təbii qaz ehtiyatları bizə və tərəfdaşlarımıza ən azı yüz il üçün bəs edəcək. Əlbəttə ki,  biz gələcəyə ümidlə baxırıq və bu gün yaşıl enerji ilə bağlı Məşvərət Şurasının ilk iclası olacaq. Bu gün komandamızda  yalnız  dörd iştirakçı ölkə olsa da bu sayın artma potensialı var. Çünki biz düşünürük ki, yalnız hökümətlər deyil, şirkətlər də bu mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər. Məşvərət Şurasının ilk iclasında  sözsüz ki, konseptual məsələlər həllini tapmalıdır. Bütün bu məsələləri müzakirə etmək və razılaşdırmaq tələb olunur. Məsələ yalnız Azərbaycandakı quru və dəniz yataqlarında bərpa olunan enerjinin istehsalı yaxud Gürcüstanla sərhədimizə qədər yeni ötürücü elektrik xəttinin çəkilməsi ilə deyil, habelə , Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi ilə bağlıdır.
Biz planlarımızı düzgün qurmalı və kimlərin potensial investor ola biləcəyini bilməliyik. Fürsətdən istifadə edərək tərəfdaşlarımız olan ölkələrin hökümətlərinə minnətdarlığımı bildirmək istərdim. Bu ölkələr Türkiyə,Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və yeni tərəfdaşlarımız olan Rumıniya, Moldova və Macarıstandir.Davamlı dəstəyinə və əla rəhbərliyinə görə Avropa Komissiyasına  xüsusi təşəkkürümü bildirirəm. Həmçinin ABŞ və Böyük Britaniya hökümətlərinə dərin təşəkkürümü bildirirəm. Çünki onlar təşəbbüsümüzü  davamlı dəstəkləmiş, eləcə də maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünovrə təmin etmişlər. Bu prosesdə iştirak edən şirkətlər xüsusilə, SOCAR və BP bir-biri ilə strateji əlaqələr qurmuş iki aparıcı şirkətdir. Bu əlaqələr ən azı 30  il də davam edəcək.
Bu gün biz Azərbaycanda Masdar və ACWA pover kimi investorlarla birgə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsini həyata keçiririk. Bu yaxınlarda BP şirkəti ilə birlikdə bu layihənin icrasına başlanılacaq. Bu işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Azərbaycan həmçinin çox boyük yaşıl enerji potensialına malikdir. Biz həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpa olunan enerji potensialı müəyyən etmişik. Qazın paylanması ilə əlaqədar yaxşı uğurlarımız var. Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istər Bakı-Tbili-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi- hamısı uğurlu olmuşdur. Əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpa olunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır. Bunun üçün işimizi komanda şəklində davam etdirməlibir-birimizi davamlı surətdə dəstəkləməliyik. Əminəm ki, gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşümüzdə yeni nailiyyətlərimiz barədə danışacağıq.
Təranə Qəhrəmanova 
Suraxanı rayonu 290 nömrəli tam orta məkbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti