8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
10 mart 2020-ci il tarixində altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin iclası keçirilmişdir. Cənab Prezident İlham Əliyev Milli Məclisin çağırış iclasında iştirak etmişdir. Milli Məclis deputatlarını təbrik etmiş,onlara işlərində uğurlar arzu etmişdir. Prezident İlham Əliyev altıncı çağırış birinci iclasında nitq söyləyərək,növbədənkənar iclasın keçirilməsində əsas məqsədinölkədə aparılan islahatları daha da genişləndirmək, Milli Məclisin fəaliyyətini daha da təkmilləşdirmək olduğunu söyləmişdir. Altıncı çağırış Milli Məclisin uğurla fəaliyyət göstərəcəyini və genişmiqyaslı islahatlara tövhə verəcəyini əminliklə qeyd etmişdir.Altıncı çağırış iclasında müxalif partiyaların nümayəndələri də iştirak etmişdi. Yeni tərkibdə formalaşan məclis islahatlara təkan verəcəkdir. Milli Məclisin əsas fəaliyyəti qanunvericilikdir. Bunun üçün deputatların qarşısında qanunvericilik sahəsində böyük vəzifələr durur.Yeni çağırılmış məclis mənəvi cəhətdən qüsursuz olmalı,geniş islahatlar aparmalıdır. Deputatlara tövsiyyəm odur ki, seçildikləri dairələrdə fəal olsunlar və seçicilərlə daim təmasda olsunlar. Siz sabah xalq qarşısında cavab verməli olacaqsınız. Ona görə də seçicilərlə görüşməlisiniz, onları problemləri ilə daim maraqlanmalısınız.İlham Əliyev çıxışı zamanı qeyd etmişdir ki,Azərbaycan türk şurasına sədrliyi öz öhtəsinə götürmüşdür. Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan mühüm rol oynayır. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq münasibətlərimiz,müsəlman aləmində nüfuzumuz var.Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar bəyanat vermişdir. Bəyan etmişdir ki, Avropa İttifaqı yeni seçilən deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Biz Avropa ölkələri ilə indi saziş üzərində işləyirik.Avropa İttifaqına üzv 9 ölkə ilə strateji əməkdaşlıq sənədlərimiz vardır. Bu da ittifaqa üzv ölkələrin üçdəbir hissəsidir. Həmçinin qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlərimiz vardır.Azərbaycan sosial dövlətdir və bunu bizim atdığımız addımlar təsdiqləyir. Minimum əməkhaqlarının, minimum pensiyaların qaldırılması böyük iqtisadi mənbə tələb edir və biz bunu yaradırıq. Ölkəmizdə şəffaflıqla bağlı proseslər imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir. Qanunvericilikdə bütün bu məsələlər diqqət mərkəzində olmalıdır.Azərbaycan əhalisinin əksəriyyəti gənclərdən ibarətdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir.Bizim gənc nəslimiz vətənpərvərdir, vətənə bağlıdır. Belə də olmalıdır. Gənclərin asudə vaxtlarının səmərəli təşkili,fəal işə cəlb olunması üçün qanunvericilikdə mühüm addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi bununla izah olunur. Ölkəmizdə ictimai sabitliyə maneə olacaq heç bir amilin olmadığını prezident vurğulamışdı. Bu cür amilləri anti - Azərbaycan qüvvələr ölkə xaricində yaratmaq istəyirlər. Ona görə də beşinci kolonun yaradılması istiqamətində iş aparılır. İlham Əliyev,bu yolun xəyanət olduğunu, bu cür problemlərin ölkə daixilində olunmalı olduğunu demişdir.Sonda İlham Əliyev qeyd etmişdir ki, ”Biz bu gün müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq.Əminəm ki, biz bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəciyik. Əminəm ki, Azərbaycan parlamenti bu işdə fəal olacaqdır.”
Aybəniz ƏmirovaSuraxanı rayonu, 317 nomrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info