8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
44 günlük müharibə zamanı həlak olan erməni əsgərlərin valideynləri İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.Sozcu.info “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, keçmiş siyasətçilər Zaruhi Postancyan və Naira Zohrabyan, həmçinin Müstəqillik Hərəkatının lideri, Vayots Dzorun keçmiş qubernatoru Edqar Qazaryan da onlara qoşulub.Etirazçılar Baş nazir Nikol Paşinyanın çərşənbə günü parlamentdəki çıxışına öz etirazlarını bildirmək üçün hökumət binası qarşısında toplaşdıqlarını bəyan ediblər. Onlar “Qarabağ məsələsində güzəştlərə” və Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması prosesinə etiraz ediblər.Müharibə zamanı həlak olan artilleriyaçı Hayk Melikyanın anası Naira Melikyan Baş nazir Nikol Paşinyanı “baş verənlərin əsas günahkarı” adlandırıb.Həlak olan hərbçi Vaçaqan Manukyanın atası Xaçik Manukyan Ermənistan hakimiyyətinin sülh gündəmini yalan hesab etdiyini bildirib.Qeyd edək ki, hökumət binasının qarşısında polis kordonu yaradılıb. Baş nazirin özü Nazirlər Kabinetinin binasında deyil, o, Çexiyaya iki günlük səfərə gedib.