8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Uşaqların yol-nəqliyyat hadisələrindən ailə ilə yanaşı məktəblərin və bütün ictimaiyyətin diqqət mərkəzində olmalıdır
YPXAM-nın 7-ci tağımın komandiri, polis mayoru V.Kərimlinin göstərişi ilə: Mütəmadi ildən-ilə yollarda avtomobillərin sayı durmadan artır. Nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin artması piyadalar üçün böyük təhlükə yaradır.
Dövlət Yol Polisi nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili üçün lazımi tədbirlər həyata keçirir.
Ümumtəhsil məktəblərində yol hərəkəti qaydalarının öyrədilməsində əsas məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün şagirdlərdə küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanmasıdır.
Lakin bu statistikada uşaqların yol-nəqliyyat hadisələrində həlak olmaları əksəriyyət təşkil edir. Hər il nəqliyyat vasitələrinin təkərləri altında həlak olan uşaqların sayı ümumilikdə respublikada baş verən yol-nəqliyyat hadisələri zamanı ölənlərin ümumi sayının 10-12%-ni təşkil edir.
Məhz bu səbəbdən bu dərsliyin məktəblərdə tədrisi mühüm əhəmiyyət kəsb edir. Biz əminik ki, bu dərsliyin köməyi ilə şagirdlər yol hərəkəti qaydaları haqqında mükəmməl bilik əldə edərək, küçə və yollarda təhlükəsiz davranış qaydalarına riayət edəcəklər.
Böyüməkdə olan nəslin yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması işindən cəmiyyətin heç bir üzvü kənarda qalmamalıdır.
Uşaqların yol-nəqliyyat hadisələrindən qorunması vəzifəsi və onlarda təhlükəsiz davranış vərdişlərinin aşılanması ailə ilə yanaşı məktəblərin, digər təşkilatların və bütün ictimaiyyətin diqqət mərkəzində olmalıdır.
Şəhər və qəsəbələrimiz böyüdükcə, piyadaların da sayı çoxalır. Küçələrdə və yollarda vəziyyət get-gedə çətinləşir, xüsusilə səhərlər böyüklər işə, uşaqlar məktəbə tələsir, axşam vaxtı isə hamı işdən və dərsdən evə qayıdarkən hərəkət daha intensiv olur. Piyadalar və sürücülər məhz bu saatlarda daha ehtiyatlı olmalıdırlar.
Xəyalə Tahirqızı