Mərakeşdəki zəlzələdə ölənlərin sayı 1300-ü keçdi – Yenilənib

Zəlzələ nəticəsində ölənlərin sayı 1305 nəfər çatıb, 1832 nəfər isə yaralanıb.
Sozcu.info 
xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.
Dəhşətli zəlzələ ilə əlaqədar ölkədə 3 günlük matəm elan olunub.

17:32
Mərakeşdə zəlzələdə ölənləri sayı 1000-i keçib, 1200-dən çox yaralı var.

Sozcu.info xəbər verir ki, bu barədə Mərakeş Krallığının televiziyası məlumat verib. Məlumata görə, zəlzələdə 1037 nəfərin həyatını itirdiyi, 1204 nəfərin yaralandığı bildirilib.
Axtarış-xilasetmə işləri davam etdirilir.

16:17
Mərakeşdə zəlzələdə ölənlərin sayı 820-yə çatıb.

Sozcu.info xarici KİV-ə istinadla xəbər verir ki, zəlzələ nəticəsində 672 nəfər yaralanıb.
Qeyd edək ki, sentyabrın 8-dən 9-na keçən gecə Mərakeşdə 6.9 maqnitudalı zəlzələ baş verib.
Zəlzələnin episentri Mərakeş şəhərindən 77 kilometr məsafədə, 10 kilometr dərinlikdə olub.
Yeraltı təkanlar şimalda yerləşən paytaxt Rabatdan cənubda yerləşən Sidi-İfni şəhərinə qədər 400 kilometr radiusda hiss olunub.
Mərakeş şəhərində bir neçə yaşayış binası və müxtəlif tikililər uçub.
Dağıntılar altında qalanlar var. Ölü sayının artacağı ehtimal edilir.
Axtarış-xilasetmə işləri davam etdirilir.

11:14
Mərakeşdə baş verən güclü zəlzələdə ölənlərin sayı 632-yə çatıb.

Sozcu.info xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, 329 nəfər yaralanıb.
Qeyd edək ki, Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.

10:13
Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib.

Sozcu.info xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, yeraltı təkanların episentri 839 min insanın yaşadığı Mərakeşdən 77 km cənub-qərbdə olub. Zəlzələ ocağı 10 km dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar Krallığın bir sıra iri şəhərlərində, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub. Zəlzələdən zərər çəkmiş ərazilərdə elektrik enerjisi və mobil rabitə ilə bağlı ciddi problemlər yaranıb.
İlkin rəsmi məlumata görə, baş vermiş zəlzələdə 296 nəfər ölüb.
Əraziyə xilasetmə qüvvələri cəlb olunub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}