8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq və regional təşkilatlara üzv olmuşdur ki, bu qurumlar arasında MDB-nin xüsusi yeri vardır. Azərbaycan Respublikası MDB-yə daxil olan dövlətlərlə ikitərəfli əməkdaşlığın genişlənməsinə böyük önəm verir və bu çərçivədə uğurlu əməkdaşlıq həyata keçirir. Tarixi dostluq ənənələrinə, qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq getdikcə daha da dərinləşən, intensivləşən münasibətlər ölkələrin milli maraqlarına xidmət edir. Bugün Ulu Öndərin irsini uğurla davam etdirən müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev MDB çərçivəsində əməkdaşlığa xüsusi önəm verməkdədir.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib. Cənab Prezident çıxışı zamanı bildirmişdir ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Təşkilatda əməkdaşlıq çərçivəsində bütün istiqamətlər üzrə, həmçinin təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Ümumiyyətlə, bugün MDB dövlətlərinin yerləşdiyi regionlar da digər regionlar kimi qlobal xarici təhdidlərə məruz qalır və bu istiqamətdə əməkdaşlıq və regional təhlükəsizliyin təmini istiqamətində operativ işin əhəmiyyətini vurğulayan İlham Əliyev Azərbaycan Respublikasının artıq daxili heç bir təhdidinin və münaqişəsinin olmadığına xüsusi diqqət çəkərək bildirmişdir ki, Erməni rəhbərliyinin təxribatçı, düşünülməmiş, o cümlədən hərbi xarakterli təxribat fəaliyyətləri, 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxardı. Rusiya Federasiyasının vasitəçiliyi ilə 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə keçmiş Dağlıq Qarabağ regionunun ətrafındakı rayonların hələ də işğal altında olan ərazilərinin də Azərbaycana qaytarılmasını, regiona isə Rusiya sülhməramlı kontingentinin yeridilməsini nəzərdə tutan üçtərəfli Bəyanat imzalandı. Əlbəttə ki, bu regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Şübhəsizdir ki, bugün regionda təhlükəsizliyin təminində Azərbaycan Respublikası açar mövqedədir. Cənab Prezident bu sahədə Azərbaycanın hər zaman sülhə, münasibətlərin normallaşdırılmasına hazır olduğunu bildirmişdir. Belə ki, cənab Prezident iclas iştirakçılarına Azərbaycan Respublikasının mövqeyini açıqca bildirmiş və Azərbaycan ilə Ermənistanın münasibətlərinin normallaşdırılmasında vasitəçilik xidmətləri ilə bağlı təklifləri ölkələrin Azərbaycana deyil, həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla tərəfimizdən təhlil ediləcəyini bildirmişdir.
Dürdanə Abbasova
Bakı şəhəri S.Abdullayev adına 290 № li tam orta məktəbin riyaziyyat müəllimi
Sozcu.info