Müzəffər Ali Baş komandan

Düz 20 il öncə - 1 oktyabr 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə Azərbaycan xalqına tarixi müraciəti oldu:“Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Qədirbilən xalqımız 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə 76 faizdən çox İlham Əliyevə səs vermişdir. Çoxvektorlu, nəticəyönlü, dayanıqlı inkişafın təmin olunduğu dövlət siyasəti Prezident İlham Əliyevin mütləq prioritetidir. Peşəkar xarici siyasət, effektiv siyasi sistemin yaradılması,demokratik prinsiplərin və milli dəyərlərin sintezi fonunda güclü vətəndaş amilini öndə tutması İlham Əliyevin ölkə rəhbəri kimi dəyərini artırmışdır. Ardıcıl siyasəti ilə Azərbaycanın regional statusunun əhəmiyyətini durmadan artıran İlham Əliyev, dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan amilini əvəzedilməz səviyyəyə yüksəltdi. Həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli aktora çevrilə bilib ki, bu da məhz Prezident İlham Əliyevin düşünülmüş regional əməkdaşlıqlarda əldə etdiyi əlamətdar nailiyyətlərlə bağlıdır. Uzaqgörən və gələcəyə hesablanmış xarici siyasət xətti əslində daxildə dövlətin inkişafı naminə bütün potensialın səfərbər olunmasına və sosial dövlət fəlsəfəsinə xidmət edir.
Regionların sosial-iqtisadi inkişafı, ölkəmizin davamlı inkişafıüçün yaradılmış zəmin, milli iqtisadiyyatın diversifikasiyası Azərbaycan xalqının sosial rifahına gətirib çıxarmışdır. Gənclər siyasəti sahəsində əldə olunan uğurlar, təkamül yolu ilə inkişaf edən demokratik ənənələrə sahib yeni nəsilin yetişməsi cənabİlham Əliyevin 20 illik gərgin və məsuliyyətli əməyinin bəhrəsidir.
Siyasi mənzərinin dəyişdiyini, vətəndaş cəmiyyəti potensialının səfərbər olunmasını, siyasi münasibətlər müstəvisində həmrəylik mühitinin yaradılmasını görməmək mümkün deyil. Prezident İlham Əliyevin təşəbbüsü ilə siyasi münasibətlərdə dialoq mühitinin təşviq olunması dövlət başçısının demokratik dəyərlərə sadiqliyinin təzahürüdür. Məhz bu tədbirlər nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir.
Effektiv xarici siyasət və strateji tərəfdaşlıq, relsə salınmış iqtisadiyyat güclü ordunun yaradılmasına da böyük töhfələr verdi.Unutmaq olmaz ki, Azərbaycan müharibə şəraitində olan bir ölkə idi. Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Müstəqillik tariximizin ən parlaq səhifəsi olan “Vətən Müharibəsi” və hərbi-siyasi çatışmada Azərbaycanın tarixi qələbəsi İlham Əliyevdövrünün qızıl hərflərlə yazılacaq səhifəsidir. Qələbənin əbədiləşdirilməsi və müharibə iştirakçılarına ayrılan ali diqqətin təcəssümüdür, Prezident İlham Əliyev! Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülür və görüləcəkdir.
Ümummilli Lider Heydər Əliyev irsinin davamçısı olan cənab Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici media subyektlərinə müsahibələr vermişdir. 
Azərbaycan 2020-ci ildə, illərdir beynəlxalq ictimaiyyət tərəfindən lazımsız formada yubadılan Qarabağ problemini hərbi-siyasi yollarla həll etdi, xalqımız ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların Vətən naminə həmrəyliyinə şahidlik etdi.“Dəmir yumruq” milli birliyin və Vətən uğrunda savaşın rəmzi oldu. Bu müqəddəs savaşda Azərbaycan-Türkiyə qardaşlığı dünyanı heyran etdi və Şuşa Bəyannaməsi düşmənə dağ çəkdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün irimiqyaslı infrastruktur layihələri icra olunur. Ən əsası bütün bu işlər müasir tələblərə uyğun qaydada aparılır və Azərbaycan yaşıl enerjini ixrac edən ölkə olacaqdır.
Bu yaxınlarda anti-terror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Bu da uzunmüddətli problemin həlli yolunda möhürlənmiş bir uğur sayılır və regionda yaranmış yeni reallığın müəllifi Azərbaycan və onun müdrik rəhbəri İlham Əliyevdir.
Cənab Prezident verdiyi sözə əməl etdi. ”Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam!” 
li, biz-hər bir Azərbaycan vətəndaşı sizinlə fəxr edirik, daha böyük uğurlara imza atacağınıza bütün qəlbimizlə inanırıq!
Fərəh Hüseynova
Bakı şəhəri R.Ənnağıyev adına 141 N-li tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}