15 Oktyabr – Azərbaycan tarixinə yazılacaq şanlı gün

Bu il Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsindən düz 20 il ötür. Bu 20 il bizə nəyi qazandırdı ? Ölkəmizin düzgün qurulmuş xarici – iqtisadi əlaqələrini, regionlarımızın inkişafına yönəldilmiş siyasəti, beynəlxalq arenada nüfuz əldə etməyi, bütün istiqamətlərdə qonşu və eləcədə digər ölkələrlə əməkdaşlığın inkişafını. İstər idman, istər hərbi, istər mədəni, istər təhsil istiqamətində qazanılan uğurlarda bu illərin bəhrəsidir. Mən deyərdim ki, yuxarıda sadalanan bütün uğurların tacı Qarabağın erməni işğalından azad edilməsi oldu. Bizim üçün əlçatmaz görünən, 30 ildən sonra işğaldan azad edilən doğma torpaqlarımız... Bu torpaqların azadlığı müstəqilliyimizin və ərazibütövlüyümüzün qarantıdır.

27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə “Dəmir Yumruq” əməliyyatı başlandı. 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı. Ali Baş Komandanın əmrinə hər an hazır olan Azərbaycan əsgəri bu qələbəyə qanı ilə imza atdı. O zaman işğalçı Ermənistanın Rusiyadan dəstək istəməsi ilə aparılan danışıqlar müharibəni dayandırdı.8 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya, Ermənistan, tərəfindən bağlanmış üç tərəfli sazişə baxmayaraq, bu günə qədərdə mənfur qonşularımız bu sazişin şərtlərindən irəli gələn bütün müddəaları pozmaqda davam edirdilər.

Ən nəhayət 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycan anti-terror əməliyyatına başladı. Buna səbəb Azərbaycan Konsitusiya quruluşunun bərpası məqsədi ilə aparılan anti-terror əməliyyatı oldu. 19-20 sentyabr anti- terror əməliyyatından sonra 8 noyabr 2020-ci il üç tərəfli sazişin şərtlərinə uyğun olaraq Qarabağda yaşayan erməni icmasının nümayəndələri və Rusiya sülhməramlıların kontingentinə aid olan əsgərlər hissə-hissə Qarabağı tərk etməyə başladılar. Bu artıq Azərbaycanıın növbəti qələbəsi idi. Məhz bu tarixdən sonra qədim Azərbaycan - Ağdərə, Əsgəran kimi inzibati ərazi vahidlərindən erməni hərbi birləşmələrininin hissələri köçürülməyə başlandı. Beləliklə Xanın kəndi azad oldu. Bu tarixi anı bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyev və qəhrəman Azərbaycan əsgərlərinə eşq olsun! Azərbaycan Prezidenti İlham Əliyev özünün prezident seçilməsinin 20-ci ilini məhz Xankəndində Azərbaycan bayrağını qaldıraraq qeyd etdi. O, Xankəndində bayrağı dalğalandırdıqdan sonra qısa nitqi ilə 20 ili tam əhatə etdi:” Tapşırıq yerinə yetirildi, məruzə edir Ali Baş Komandan!”.

 

Aygün Səfərova

Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti