Ali Baş Komandanın Xankəndidə çıxışı

Hər bir azərbaycanlının arzusunun real  olduğu  tarixi gün. Xankəndi  şəhərinin  mərkəzi meydanında tarixdən qədim, zamandan qoca, uğrunda  minlərlə canın qurban olduğu-üçrəngli bayrağımız qaldırıldı. Xankəndində ucadılan Azərbaycan bayrağı qələbəmizin əsl rəmzi, şanlı tarix səhifələrinə yazılan əlamətdar hadisədir.
2003-cü il oktyabrın 15-də Azərbaycan xalqının etimadını qazanaraq  prezident seçilən Ali Baş Komandan İlham Əliyev 20 il ərzində xalq qarşısında verdiyi bütün  vədləri, qarşıya  qoyulan vəzifələri  layiqincə icra etdi. Bu gün ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan gerbi,Azərbaycan bayrağı altında çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, prezident kimi vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxtlar işğal altında olan bütün  torpaqlarda, şəhər və kəndlərdə qaldırılsın.
20 il ərzində yaradılan güclü ordu sayəsində Vətən müharibəsi dövründə 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik. Eyni zamanda  sentyabr ayında cəmi 23 saat davam edən antiterror əməliyyatı zamanı düşmən istənilən  vəzifələri şərəflə yerinə yetirməyə qadir olan Azərbaycan ordusu qarşısında ağ bayraq qaldıraraq təslim oldu. Ordumuz hər birimizin qürur mənbəyidir.
Prezident İlham Əliyev Xankəndində tarixi çıxış zamanı  vətən, torpaq  uğrunda  qəhrəmanlıq nümayiş etdirən gənc nəslin şücaətini xüsusi olaraq vurğuladı.Şəhidlərimiz yad edildi və bizim əbədi olaraq onlara borcu olduğumuz dilə gətirildi.
Münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olan Azərbaycanın əksinə Ermənistan bir qarış torpaq belə qaytarmaq fikrində deyildi. 17 il ərzində mənasız,nəticəsiz danışıqlarda dəfələrlə iştirak edilmiş,Ermənistanın işğalçı siyasəti təhlil olunmuş və məsələ 2-ci Qarabağ müharibəsində və qaçınılmaz olan antiterror əməliyyatında həll olundu. Biz Şuşanı –Qarabağın incisini azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini  dərk etdi. Bügün Azərbaycan haqlı istəyinə nail oldu.
Azərbaycan ərazisində heç bir  tarixi və siyasi  əsası olmayan  Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildə yaradılmışdır. 100 il ərzində tarix bizi çətin sınağa  çəksədə əyilmədik, sınmadıq. Böyük faciələr yaşasaqda bügün qələbə bizimdir. Azərbaycan xalqı öz canı, qanı bahasına əldə etdiyi qələbə əbədidir. Xankəndidə qaldırılan bayraq əbədi olaraq dalğalanacaq. Qarabağ Azərbaycandır!
Günay Əliyeva 

Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti