Füzuli günümüz mübarək!

Bu gün yeni və qüdrətli Azərbaycanın böyük yaradıcısı, qurucusu, xilaskarı və müdrik rəhbəri olan Heydər Əliyev yolunu onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.  Ali Baş Komandan, Prezident İlham Əliyev 30 il həsrətində qaldığımız torpaqları bizə qovuşdurması ilə adı tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsindəki Zəfər Qələbəmiz Azərbaycanı bir daha dünyaya tanıtdırdı. Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə tarixi görüşü oldu.Prezident İlham Əliyev çıxışında Füzuli sakinlərini təbrik edərək dedi ki, “Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür. Prezident sakinlərlə görüşdə qeyd etdi ki, “Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir. İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var. Füzulinin yeni siması göz oxşayır. İşğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma işləri aparılır. Bu, yeni reallıqdır. İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Qloballaşan dünya haqqında bir çox fərziyyələr irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var, biz nə qədər doğma diyara bağlıyıq.Görüşdə Füzulidə yaşayış üçün ən gözəl şəraitin yaradıldığı, həm binaların daxili quruluşunun, həm də mənzillərin daxili dizaynın olduğunu və rahat yaşamaq üçün bütün infrastrukturun, şəraitin olduğu da diqqətə çatdırıldı. Prezident bəyan etdi ki, “Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi nədən ibarətdir. Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. İşğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir.Erməni vandalizmi. Füzuli azad olunanda bir salamat bina olmadı ki, Bayrağımızı qaldıraq. İnsanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq - rəsmi İrəvanın siyasəti bunlardan ibarət olub.” Ölkə başçısı çıxışında bildirdi ki, “biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün bu məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb. İnanıb ki, bu gün gələcək, biz burada durub sizinlə bu bayram gününü qeyd edəcəyik.Bəli, Prezident İlham Əliyevin Füzuli sakinləri ilə görüşündən çox sevincliyik ki, 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Füzuli ilə bərabər Cəbrayılı, Qubadlını, Ağdamı, Kəlbəcəri, Laçını, Xocavəndi, Suqovuşanı və Şuşanı bizə qaytaran Vətən oğullarımızın qəhrəmanlığı isəyaddaşımızdan heç vaxt silinməyəcək! Sonda tarixi və əzəli torpağımız olan Füzuliyə qayıdan sakinlərə bir daha “Möhtəşəm Füzuli gününüz mübarək! – deyirik.

Arzu Məmmədova

Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti