8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanın qədim torpağı, XIX əsrin əvvəllərindəGəncə quberniyasına tabe edilən, milli və tarixi abidələri olan, həm təbii və faydalı qazıntılarla, həm də təbiəti ilə zəngin Zəngəzur qəzasının ermənilər tərəfindən işğalı1920-ci il 28 aprel tarixindən başlanılıb və bolşevik Rusiyasının təkidi ilə Azərbaycanın əlindən alınaraqqəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.Şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini Zəngilan ərazisi şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. 67 gün tam mühasirə şəraitində ermənilərlə son anadək vuruşan zəngilanlılar 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisini keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar. Öz xislətindən əl çəkməyən mənfur düşmən tarixi-dini abidələri, ziyarətgahları, tarixi memarlıq abidələrini məhv etmişdirlər.44 gün davam edən Vətən müharibəsi şanlı tarix yazaraq 2020-ci il 18 oktyabr tarixində Zəngilanın azad olunması uğrunda əməliyyatlar başlamış və 20 oktyabr tarixində Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin düşmən tapdağından azad olunduğunu elan etmişdir. Zəngilan döyüşləri nəticəsində AzərbaycanSilahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edilərək Azərbaycan-İran sərhədi tam bərpa olunmuşdur. Müzəffər ordumuzun 6974 hərbi qulluqçusu Cənab İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdiklərinə görə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.Zəngilan şəhəri azad ediləndən sonra bərpa quruculuq işlərinə başlanılmış və ilk pilot layihə icra olunaraq “yaşıl enerji” zonasına çevrilmiş 200 evdən ibarət gözəl kənd salınmışdır. 124 kilometr uzunluqda və 6 zolaqdan ibarət olmağı planlaşdırılan strateji əhəmiyyətli Zəngilan-Horadiz avtomobil yolu Naxçıvana yol açacaq.Uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxaracaq, qədim torpaqlarımıza qayıdışımızı təmin edəcək yol, cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Bu yol eyni zamandaZəngilanı Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirərək yeni iqtisadi perspektivləri yaradacaq.
Ruzilə Möhbalıyeva
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin direktor müavini
Sozcu.info