8 Noyabr Zəfər Gününün pişvazına 9 Noyabr Dövlət Bayrağı günü çıxır...

Qalibiyyət! Zəfər günü! Bu iki cümlə insanlar tərəfindən söylənərkən, hər zaman, hər hansı bir  nəticənin qalibiyyətindən və zəfərindən xəbər verir. Lakin bu qalibiyyətə gedən yolun şərhini verərkən, insanların nə qədər çətin və təzadlı yollarının qət etməyini hər kəs bilmir. Onu sadəcə, o anları yaşayanlar və dövrün şahidləri bilir...

Tarixə nəzər salsaq, tarixdə təzadlı anlar, təhrif olunmuş hadisələr çox olub,  xüsusən də sovetlər dönəminə aid olmuş hadisələr! Lakin biz çox xoşbəxtik ki, bizə aid olan düzgün tariximizin şahidləriyik! 
Bizzəfərə aparan yol, otuz il çəkdi. Lakin bu otuz il, ayrılıq, yurd həsrəti illəri olsa da, səmərəsiz keçmədi. Bu illər ərzində Prezidentimiz İlham Əliyev Cənabları, dövlətin iqtisadiyyatını gücləndirdi. Xüsusən ordu, döyüş qabiliyyətinimöhkəmlətdi. Bu illər ərzində, hər zaman danışıqlar masasına əyləşən, sülhü sevən, uzaqgörən Sərkərdəmiz, eyni zamanda, ordumuzu müasir silah-sürsat, texnika ilə təchiz etdi. Çünki, beynəlxalq görüşlərin, danışıqların bizə qarşı riyakarlığını hiss edirdi. Verilən vədlər, deyilən sözlər, beynəlxalq hüquq normaları ancaq sənəd üzərində qalırdı. Elə buna görə də, Azərbaycan xalqına və dövlətinə qarşı  olan haqsızlıqlar, artıq səbr kasamızı daşdırdı.
Xüsusən də son dövrdə olan, erməni dığaları tərəfindənqıcıqlandırıcı hərəkətlər, özbaşınalıq, tarixi torpaqlarımızda, Qarabağın döyünən ürəyi olan Şuşada sərxoş olub, rəqs etməkləri, özlərini həmin yerlərdə dırnaqarası hökumət rəhbərləri bilməkləri, çıxışlarında Qarabağ Ermənistandırnöqtə deməkləri, dənizdən dənizə, bizim torpaqlarımız üzərindən, öz aləmlərində  “Böyük Ermənistan” xülyası yaratmaqları, bizim Dövlət Başçımızın tarixi qərar verərək, “Dəmir yumruq” əməliyyatının başlamasına zəmin yaratdı! 44 gün ərzində Ermənistana və onun havadarlarına, kimin kim olduğunu, Dövlət Başçısının və hökumətin necə olmağını, ordunun nə gücdə, nə qüvvədə olmağını, xalqın necə öz dövlət başçısının ətrafında sıx birləşməyini, ən çətin şəraitdə belə insanların biri-birinə necə dəstək olduğunu, bir olub, birlik olub, “dəmir yumruq” olmağımızı, Azərbaycan xalqı olaraq, birnəfəsə 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd azad etməyimizlə sübut etdik!
Bizim Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev Cənabları uzun illərdən sonra, Azərbaycanın tarixinə, fateh olaraq düşdü! Öz dövlətinin bütövlüyünü təmin edən, xalqının, yurd həsrətli insanların itirdiklərini geri qaytaran, bağlı məscidlərinin açılıb, təmir olunub, azan eşidilməsinə səbəbkar olan, həmin o məscidlərə Quran hədiyyə edib oranı ziyarət edən, Qarabağda itirilmiş, mənəviyyatı, mədəniyyəti, tarixi abidələri geri qaytaran böyük siyasi lider İlham Heydər oğlu Əliyev Cənablarıdır!       
8 Noyabr Zəfər Günü bayramıdır! Bu zəfərə gedən yolda Dövlət Başçımızın iqtisadi və siyasi fəaliyyəti nə qədər mükəmməl olubsa, Zəfərdən sonrakı quruculuq yolu da, eyni mükəmməlliyin davamıdır! Bu gün, 8 Noyabr Zəfər Gününə, 9 Noyabr Dövlət Bayrağı Günü qucaq açır! Bu ondan xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək,   ”Azərbaycanın müstəqilliyi daimidir! Əbədidir!. Biz hamımız bu yolda əl-ələ verib çalışmalıyıq!”
Düşünürəm ... Bayramlar bayrama qarışır. Mənim elimə-obama da elə bu yaraşır! 

Cəmilə Ağayeva

Əmircan Bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti