Bu Zəfər üçün, Qələbə üçün Ali Baş Komandanımıza, Müzəffər Ordumuza minnətdarıq

Azərbaycan dövlət siyasətinin strateji hədəflərindən biri işğal altında olan torpaqlarımızı azad etmək və bütün sərhəd boyunca bayrağımızı dalğalandırmaq olub.Bu hədəfə çatmağın ən əsas yolu təbii ki, ordunun təşkili və gücləndirilməsi idi. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi,  müasir silah-sürsat, texnika ilə təchiz edildi. 
Dövlət siyasətinin digər hədəflərindən biri də ölkədəki iqtisadisiyasi vəziyyətin daha da yaxşılaşdırılması, digər ölkələrlə olan əlaqələrin inkişaf etdirilməsi idi. Bu istiqamətdə Azərbaycanın  beynəlxalq nüfuzu gücləndi. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi.30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə dünyaya səs saldı. Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə yazıldı. Qeyd etmək lazımdır ki, bu tarixi zəfərimizə qədər ordumuz 3 dəfə Ermənistan ordusuna ağır zərbələr vurmuşdu. 2016-cı ilin Aprel döyüşləri tarixi Qələbəmizin başlanğıcı oldu. Daha sonra 2018-ci il , 2020-ci il Tovuz hadisələri... Düşmən bu dəfə də layiqli cavabını aldı. Tovuz döyüşləri Azərbaycanın hərb tarixinə xüsusi olaraq daxil oldu və bizim zəfərimizə əsas təkan verən hadisə oldu.
2020-ci il. Sentyabr ayı. Azərbaycan Ordusunun Ali Baş Komandanı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyırdi. Müharibənin başlandığı xəbərini eşidən on minlərlə insan orduya könüllü yazıldı.Xalq öz dəmir yumruğunu, birliyini nümayiş etdirdi.“Dəmir yumruq” siyasətinin elə ilk saatlarından cəbhədən sevindirici xəbərlər gəlməyə başladı.Bu da xalqımızda olan inamı daha da artırdı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Bu müharibədə Azərbaycan ərazisində yaşayan digər xalqların nümayəndələri də şücaət göstərərək bu xalqın vətəndaşı olduqlarını sübut etdilər.Qazanılan mütərrəqi zəfərlə ərazi bütövlüyümüz təmin edildi; ordumuzun gücü və imkanları bütün dünyaya nümayiş olundu; milli birliyimiz daha da möhkəmləndi.
İkinci Qarabağ Müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin adları əbədiləşdirildi, eləcə də evinə qalib əsgər kimi dönmüş oğullarımız dövlət tərəfindən Vətən uğrunda şücaətinə görə müxtəlif orden və medallarla təltif olundular.
Bu qələbəni, zəfəri bizlərə yaşadan Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında  güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!
Artıq üç ildir ki, işğaldan azad olunmuş torpaqlarda abadlıq işləri gedir, el-obasından  ayrı qalmış vətəndaşlarımız doğma yurdlarına qayıdırlar. 2023-cü il sentyabr-oktyabr aylarında antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Kərəm Mehdiyev

Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin direktoru
sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}