Dünən, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 18:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Sozcu.info xəbər verir ki, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, səhər saatlarına nisbətən küləyin sürəti zəifləyib, 23 m/s qeydə alınıb.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4 metrdir. Bölgələrdə də qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Daşkəsən, Gədəbəy, Şəmkir, Qax, Oğuz, Quba, Aıtıağac, Şəki, Xaltan Mingəçevir, Lənkəran, Astarada arabir yağış, Qusar, Xınalıq, Şahdağda isə qar yağır.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 11-i səhərədək davam edəcək.