Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən yeni Azərbaycan partiyası yarandı

Ulu öndər Heydər Əliyev 91 nəfər ziyalını ona müraciətindən sonra o, qeyd edərək demişdirki, mən güman edirəmki, müstəqil Azərbaycan dövlətinin, gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edərək demokratiya və siyasi plüralizim şəraitində sizin müraciətinizdə göstərilən yeni Azərbaycan partiyasının yaradılması obyektiv zərurətdən doğur belə partiya müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynaya bilər. Bəli o, zaman ziyalılarmız və digər insanlar Azərbaycanın taleyini düşünənlər ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Azərbaycanın görkəmli ziyalıları tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətlə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olundu.

Ziyalıların iştirak etdiyi konfransda  yeni Azərbaycan partiyası haqqında proqram və nizamnamə qəbul edildi.

Həmin konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.Ulu öndər Heydər Əliyev qısa bir zaman kəsiyindəYeni Azərbaycan Partiyasının səviyyəsiniyüksəldə bildi.Bu partiya qısa müddətdə bu günə qədər çox böyük sərfəli və uğurlu yol keçib. Bu partiya Azərbaycanda huquqi dövlət, sabit və sosialyönümlü iqdisadiyyat vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. Partiyanın üzvləri dövlətimizə sadiqlik  nümunəsi göstərirlər. Hər kəs öz işi ilə Azərbaycana töhfə verməyə çalışır. Dövlətimizin inkişafı naminə Prezidentimizin ətrafında çox birləşmək və dövlətimizin nüfuzunu qaldırmaq lazımdır. Yeni Azərbaycan Partiyasının idarə heyəti 2021-ci ildə 29-dekabr tarixli iclasında qərar qəbul olundu. Partiyanın yeni proqramı 5 fəsildən ibarət olması haqqında:    

Partiyanın inkişafı və  uğurları

 Siyasi dəyərlər və prinsiplər

        Partiyadaxili münasibətlər və partiyanın fəaliyyətinin əsasları

        Partiyanın əsas hədəfləri

      Müzəffər  liderlə Azərbaycan yeni zirvələrə aparan güclü  partiya

YAP Azərbaycan demokratik, hüquqi dünyəvi və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən,etnik mənsubiyyətində,dinindən,dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını   ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır. Bir daha Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibəti ilə Prezidentimiz  cənab İlham Əliyevi ürəkdən təbrik edir, ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıram. Biz həmişə prezidentimizin yanındayıq, çünki Azərbaycan xalqı sabaha inamla baxır.

AşiqMehdiyev

Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin tarix müəllimi 

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti