30 ildən sonra evə dönüş

Dekabr ayının 6-da ADA Universitetində Azərbaycan Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib.
Prezident çıxışında və suallara cavabında müharibədən sonra yaranan reallıqlardan, vəziyyətdən danışıb.
Prezident bir gündən də az sürən antiterror əməliyyatından danışaraq bildirdi ki, antiterror əməliyyatı bizə suverenliyimizi bərpa etməyə imkan verdi. Əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı
Müharibə kəliməsi nə qədər ağır səslənsə də, canımızı üşütsə də, damarımızda axan qanımızı qurutsa da bizdə düşmənə nifrət hissini artırdı. Nankor düşməndən otuz ilin qisasını almağa tələsən, xalqımızı zəfərə aparan bir böyük ordumuz var! İgid, vətənpərvər və qeyrətli oğullarımız var ki, insana fəxarət hissi verir, qürur bəxş edir. 
Qarabağ, Vətən, torpaq deyə gözüaçıq bu dünyadan köçən ağbirçək analarımız, ağsaqqal atalarımız, babalarımız var ki, onların əksəriyyətinə bir daha o gözəl rəngarəng yurd yerlərini görmək nəsib olmadı! Onlar bu dünyadan belə Vətən həsrətiylə getdilər. Kaş bir də o daşları mamır bağlamış küçələri, yurddaşları üçün qəribsəyən tənha dağları, həsrətdən boyunlarını daha da bükən laləli çəmənləri birdə görərdim arzusuyla gözlərini əbədi yumdular. 
Hamımızın qisası alındı. Azərbaycan xalqı və şanlı ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük II Qarabağ müharibəsində möhtəşəm qələbə qazandı. Bütün xalqımızın 30 ilə yaxın zaman müddətində qəlbində daşıdığı acı, nisgil, həsrət nəhayət sona yetdi. Azərbaycan ordusu bizləri səbirsizliklə gözləyən o yurd yerlərimizə, kösövü sönmüş ocaqlarımıza, bağrı qan olmuş laləli dağlarımıza qovuşdurdu.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan ordusu özünün qüdrəti ilə müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifə yazdı.
Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir.
Eşq olsun Azərbaycan dövlətinə! Eşq olsun Müzəffər Ali Baş Komandana! Eşq olsun Azərbaycan əsgərinə!
Elburus Xəlilov

Hövsan bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti