8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Otuz ölkəni təmsil edən 60 xarici ekspertin qatıldığı forumda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər dünya mətbuatının diqqət mərkəzində olub.Azərbaycan Respublikası 30 ilə yaxın bir müddətdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, beynəlxalq ədalət prinsipi ilə həll edilməsi üçün əlindən gələni əsirgəməmişdir.Çox təəssüf ki, Ermənistanın bu prinsipə məhəl qoymaması,beynəlxalq təşkilatların Ermənistanın bütün qanunsuz hərəkətlərinə göz yumması bizə məsələni həll etmək üçün müharibədən başqa bir yol buraxmadı.Biz suverenliyimizi bərpa edərkən şahidi olduq ki, Qarabağda Ermənistana məxsus böyük sayda hərbçilər var idi və onlar orada beynəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər.Azərbaycan Qarabağdakı insanlara iki seçim təklif etdi: ya Azərbaycanın vətəndaşlığını qəbul etməlidirlər. Biz bunun üçün hüquqi və təhlükəsizlik təminatı veririk. Ya da Azərbaycan torpaqlarını tərk etməlidirlər.Lakin erməni separatçıları Azərbaycan Respublikasının bəyanatlarını və müraciətlərini lazımınca qiymətləndirməyib həddi aşdılar və bir gündən də az sürən antitterror əməliyyatı nəticəsində təslim olaraq bütün fəalliyyətlərini dayandırdılar. Azərbaycan Respublikası bu fəaliyyətini BMT nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib.Bu gün dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən biri keçmiş məcburi köçkünlərin tezliklə öz yurd-yuvalarına qaytarılması, onlar üçün lazımi həyat şəraitinin yaradılmasıdır. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir.Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır.Ekspertlər tərəfindən gənclərlə Qarabağda aparılan yenidənqurma işləri ilə yanaşı, mədəni irsin və tarixi abidələrin bərpası yönündə görülən işlər, Qarabağ İqtisadi rayonu üzrə növbəti illər üzrə hədəflər, Böyük Qayıdış nəticəsində Qarabağa qayıdan yerli əhali üçün məşğulluq sahəsində görülən tədbirlər ətrafında müzakirələr aparılıb.Mələk MəmmədovaSuraxanı rayonu, 154 saylı tam orta məktəbin tarix müəllimi
Sozcu.info