8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Heydər Əliyev Dühası ilə tarix yaradan Ümummilli lider
“Mən həmişə fəxr etmişəm bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
Ulu öndər – müstəqil Azərbaycan dövlətini qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın ictimai-siyasi həyatında uzun bir dövrü əhatə edən tarixi, bu illər ərzində xalqın həyatının bütün sahələrində dirçəlişi- onun adı ilə sıx bağlıdır.
Ümummilli lider,dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yadddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük bir xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına, xalqının xoşbəxt gələcəyinə həsr etmiş bu dahi şəxsiyyətin vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli – mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması məhz ümummilli liderin adı ilə bağlıdır.
1969-1982-ci illər ərzində, Azərbaycana rəhbərlik etdiyi dövürdə həyata keçirilən islahatlar, görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək, SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdir. O, Azərbaycana rəhbərlik etdiyi həmin illərdə müxtəlif maneələri dəf edərək Sovet hökümətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən xüsusi qərarların qəbul edilməsinə nail olmuşdur və eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi. Nəticədə 1970-1975- ci illər Sovet Azərbaycanın tarixinə ən parlaq quruculuq dövrü kimi daxil oldu.
Sənaye və kənd təsərrüfatı sahələrində yüksəliş baş verdi. Yeni mütərəqqi sənaye sahələri yaradıldı. 1970-1985-ci illərdə bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. Xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialı və nadir ixtisaslar üzrə mütəxəsislər ordusu yardaıldı. Heydər Əliyev doğma vətənini bu günümüzə-müstəqilliyə hazırlayırdı. Böyük düha sahibi yeni Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdır. Doğma xalqına qarşı baş vermiş haqsızlıqlar əleyhinə heç kimin apara bilməyəcəyi mübarizəni aparmışdır. Vətənin bütün güşələrində Azərbaycanın haqqı taptanmış böyük şəxsiyyətlərin heykəllərini ucaltmışdır. Repressiya qurbanı olan böyük Cavidi ölümündən illər sonra nəşini vətənə qaytardı. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi nəhəng quruculuq işlərinin nəticəsində xalqımızda milli qurur, milli-mənlik şüuru, azadlıq, müstəqillik duyğuları oyandı. Bu Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir.
Heydər Əliyev: ”Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətinmi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm ” deməklə bunu bir daha sübut etdi.
Bu gün Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada Ulu öndər Heydər Əliyevin əməyi, nişanəsi olmasın. 1993-2003-cü illərdə Heydər Əliyevin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti quruldu, müstəqilliyin əbədiliyi və dönməzlyi təmin olundu, ölkəmiz dünya məkanında layiqli yeri tutdu.
Heydər Əliyev xalqımızın əsirlər boyu qəlbində daşıdığı ən ümdə arzuları – Azərbaycanın əbədi müstəqil olması, dirçəlişi və davamlı inkişafı yolunda bütün ömrünü sərf etdi, özünün möhtəşəm əsərini memearı və qurucusu olduğu müstəqil Azərbaycanı etbiralı əllərə əmanət etdi. Bu gün arzuları kerçəkliyə çevirməyi bacaran İlham Əliyevin rəhbərlyi altınada ölkəmizin həyatını əhatə edən bütün sahələrdə, istər sosial –iqtisadi, istər mədəni, istərsə də hərbi sahədə görülən işlər insanların sabaha olan inamını daha da artıran uğurlu nəticələr həm də, dahi Heydər Əliyevin ruhu qarşısında bir hesabatdır.
Arzu Hüseynova
Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info