8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanın ən yeni tarixinə yazılan Vətən müharibəsində dünya hərb tarixinə yazılan yeni səhifə rəşadətli ordumuzun hansı imkanlara malik olduğunu nümayiş etdirdi.
Azərbaycan Ordusu Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşakarlığı ilə təkcə Ermənistan silahlı qüvvələrini məhv etməyib, o Erməni mifini də məhv etdi. Müharibə dövründə Ermənistan ordusunda on mindən çox fərari olub. Azərbaycan Ordusunda bir dənə də olsun fərrari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydadınan,biz öz missiyamızı başa vurmalıyıq.
XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub, uğrunda ölümə getməyə hazır olmamışdı.
Zəfərimizdən bir ay sonar keçirilən Zəfər paradı dünyanın diqqətini bir daha qələbəmizin yaratdığı reallıqlara, həmçinin 44 günün işıq saldığı həqiqət anına yönəltdi. Bu baxımdan Vətən müharibəsi hər zaman qeyd etdiyimiz kimi, kimlərin haqqın, ədalətin, kimlərin isə təcavüzkarın yanında olduğunu nümayiş etdirdi. Müharibənin başlandığı andan dünyaya “Azərbaycan tək deyil” mesajını göndərən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan sonadək ölkəmizə dəstəyini əsirgəmədi. İkinci Qarabağ müharibəsində tarixi qələbəmizin eyni zamanda, hərbi qüdrətimizin dünyaya təqdimatı olan 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradında yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdir. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi bir mesajdır.
Zəfər paradında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak ediblər.
Xüsusi ilə Vətən müharibəsi zamanı, Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxartdığı iki mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərinə “Qarabağ Azərbaycandır!” şüarının həkk olunduğu kompozisiyanın nümayişi hər bir azərbaycanlıya sonsuz qürur hissi yaratdı.
Zəfər paradı Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun, tarixinə, torpaqlarına sahib çıxan xalq olmasının nümayişinə çevrildi.
Arzu Əliyeva
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi
Sozcu.info