8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hava şəraiti haqqında növbəti məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 14-ü axşamadək Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal küləyi 14-də arabir 15-18 m/s-dək güclənəcək.
Dekabrın 14-ü axşamadək Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.