8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
28 may 2023-cü il. Laçın şəhəri və ilk Laçın səhəri. Həyatımda ilk dəfə idi ki, gözlərimi Laçında açırdım. Tam fərqli bir hiss, sözlə ifadə edilə bilməyəcək qədər gözəl bir duyğu. Bir zaman bu mənə və eləcə də digər laçınlılara əlçatmaz görünürdü. Lakin, bu reallıq idi. Biz Laçına qayıtmışdıq... Bu böyük qələbədən doğan Böyük Qayıdış idi. Bəli, məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və şanlı Azərbaycan əsgərinin tariximizə qızıl hərflərlə həkk etdiyi tarixi qələbə. Bu günün həyəcanı bununla bitmirdi. Bizi bu gün daha möhtəşəm bir görüş gözləyirdi - müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə görüş. Və nəhayət Böyük Qayıdışın təntənəli və əzəmətli açılış mərasimi başladı.
30 il yurd-yuvalarına həsrət qalan insanlar məhz Prezidentin onlara təqdim etdiyi açarlarla doğma ocaqlarına qovuşacaqdılar. Böyük Qayıdışın Laçında baş tutan ilk tədbiri çox səmimi bir ortamda keçdi. Ali Baş Komandanın xalqına olan sevgisini, sadə vətəndaşlara olan münasibətindən aydın görmək mümkün idi. Mənimlə bərabər Laçından olan digər xanımında müəllim olduğunu biləndə cənab Prezident:“Mənim müəllimlərə böyük hörmətim var.” -söylədi və bizimlə bu tarixi gündə xatirə şəkli çəkdirdi. Həqiqətən çox sadə və özünü xalq arasında rahat hiss edən Ali Baş Komandanın səmimiliyi bizi heyrətləndirmişdi. Adı və yazılışı ilə insana qürur verən “Böyük Qayıdış” çox çətinliklərə sinə gələrək baş tutmuşdu.
27 Sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi 8 Noyabr 2020-ci il Ali Baş Komandan başda olmaqla ordumuzun və xalqımınızın qələbəsi ilə başa çatdı. Bu günlərdə biz xalq ordu və müzəffər Ali Baş Komandanın yenilməz birliyinin şahidi olduq. Biz bir “Dəmir Yumruq” kimi bir idik. Hər gün səbrsizliklə televiziyadan Ali Baş Komandanın çıxışını gözləyirdik. Çox uğurlu və düzgün aparılmış siyasətin sayəsində Laçın və Kəlbəcər heç bir itki verilmədən azad edildi. Böyük Qayıdışın təşkili və ora qayıdacaq əhalinin yerləşdirilməsi, əhalinin yaşaması üçün infrastrukturun yenidən qurulması dövlətin əsas priotet məsələlərindən biri idi və olaraq da qalır.
Dövlət başçısının tez-tez işğaldan azad edilmiş ərazilərə səfəri, görülən işlərə birbaşa nəzarəti Böyük Qayıdışın daha tez və səmərəli başa çatmasına təkandır. 2020-ci ildə başlanan Qarabağ adlı yol nəhayət 2023-cü ildə qədim Azərbaycan diyarı olan Xankəndində başa çatdı. Mən bir Qarabağlı kimi Prezidentimizlə fəxr edirəm !Aygün SəfərovaSuraxanı rayonu, 146 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi
Sozcu.info