1-05-2024, 15:56
30-04-2024, 14:08
18-04-2024, 19:45
1-04-2024, 15:01
16-03-2024, 14:33
Dekabrın 23-də gündüzdən 24-də səhərədək cənub-qərb küləyinin arabir 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Azərbaycanın rayonlarında dekabrın 23-də gündüz şimal və qərb rayonlarından başlayaraq 25-də səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Quba-Qusar, Şərqi Zəngəzur) intensiv olacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək.