Həcc ziyarətinə getmək üçün cəmi 200 nəfər müraciət edib

 

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 200-ə yaxın insan müraciət edib. Bu barədə "Trend”ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib.

Bildirilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 200-ə yaxın insan Həcc ziyarətinə getmək üçün müraciət edib.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana verilən kvota 1200 nəfər təşkil edir.

Xatırladaq ki, Həcc ziyarətinə getmək üçün sənəd qəbulu fevralın 10-dan başlayıb və iyulun 15-dək davam edəcək. Ziyarətin avqustun 14-dən 17-dək baş tutması, geri dönüşün isə sentyabrın 1-dən 4-nə qədər həyata keçirilməsi nəzərdə tutulur.

Həcc ziyarətinin qiyməti isə 4150 ABŞ dolları təşkil edir.



Oxşar Xəbərlər

Xəbər lenti