8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Yanvarın 10-u saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur”.
Sozcu.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O bildirib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30-33 m/s, Şirvan, Beyləqan, Neftçalada 20 m/s, Yardımlı, Şəkidə 18 m/s, Mingəçevir, Şabran, Ağdamda 16 m/s-dək güclənib:
“Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4,8 metrə çatıb. Qar örtüyünün hündürlüyü Sarıbaş (Qax), Quba, Ordubadda 1 sm olub.
Düşən yağıntının miqdarı Sarıbaş (Qax), Lənkəran, Astarada 5 mm, Sədərəkdə 4 mm, Şahbuz, Ordubadda 3 mm, Şəki, Quba, Qusarda 2 mm, Neftçala, Göytəpə, Yardımlı, Kəlvəz, Şirvan, Qəbələ, Balakən, Ceyrançöl, Zaqatala, Oğuz, Qobustan, Xaltan, Şabran, Şərur, Naxçıvan və Abşeron yarımadasının bəzi yerlərində 1 mm-dək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 4 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta olub”.
Gülşad Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan güclü külək yanvarın 10-u gündüz saatlarından zəifləyəcək. Yağıntılı hava şəraiti isə yanvarın 12-dək fasilələrlə davam edəcək.
***
Ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti müşahidə olunur.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 10-u saat 08:00-a olan məlumatına əsasən, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30-33 m/s, Şirvan, Beyləqan, Neftçalada 20 m/s, Yardımlı, Şəkidə 18 m/s, əksər rayonlarda isə 16 m/s-a çatıb.
Neft Daşları Stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4,8 metr olub.
Quba, Ordubada qarın hündürlüyü 1 santimetr olub.
oxu.az