Hindistanın Azərbaycandakı səfir Masallı və Biləsuvara gedib –FOTO

Hindistanın Azərbaycandakı səfir Masallı və Biləsuvara gedib –FOTO

 

Hindisatnın Azərbaycandakı səfir Sanjay Rana Masallı və Biləsuvar rayonlarında səfərdə olub.

Sozcu info xəbər verir ki, səfər çərçivəsində səfir rayon icra başçıları ilə görüşmüş, bir sıra yerlərə baş çəkib. Sənaye Məhəlləsində gəzinti zamanı səfir infrastrukturla təmin olunan sexlər, ofislər və bank, poçt, notarius, vergi və s. inzibati xidmətlər üçün ayrılan yerlərlə tanış olub. Diplomata  Masallı rayonunda kənd təsərrüfatı sahəsində həyata keçirilən işlər, o cümlədən çəltikçilik və çiyələkçiliyin geniş miqyasda inkişafı barədə məlumat verilib.

Biləsuvar rayonunda səfir Rana rayon rəhbərliyi ilə görüşdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin infrastrukturu və kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə edilib. Daha sonra səfir Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan Biləsuvar lisey-məktəb kompleksi ilə tanış olub. Şagirdlər səfirə Azərbaycanın milli adət-ənənələri haqqında məlumat vermiş və mədəni proqram nümayiş etdirib. Məktəblilər həmçinin, səfiri hind mədəni proqramları ilə salamlayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}