Qanlı yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib

Qanlı 20 Yanvar faciəsindən artıq 34 il ötür. Həmin dəhşətli, insanlığa xas olmayan hadisələr sanki dünən baş vermişdir. 20 Yanvar faciəsində qəhrəman oğul və qızlarımız Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, bugünümüz, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını qurban verdilər. Bu gün hər bir vətəndaşımız qalib Azərbaycanda yaşamasından qürur hissi keçirir. Bu qalibiyyətin əsasını da şübhəsiz ki, qəhrəman 20 Yanvar şəhidləri qoydu. 20 Yanvar  faciəsi  bu sovet imperiyası tərəfindən əvvəlcədən planlaşdırılmış hərbi cinayət idi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krosnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hətta hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdir. 1990-cı il  yanvar hadisələrində xüsusi təyinatlı hərbi birləşmələrin 66 min əsgər və zabiti Bakıya gətirilmişdir. Yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunu Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Bu zaman dinc əhali ağır texnikalardan və müxtəlif tipli silhlardan atəşə tutularaq qətlə yetirildi.
Həmin dövrdə ölkəyə rəhbərlik edənlər bu hadəsələrəhüquqi-siyasi qiymət verməyə cəsarət etmədilər. Lakin yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq,həyatını təhlükə qarşısında qoyan Ulu Öndər Heydər Əliyev 20 Yanvar qanlı faciəsinin təşkilatçılarını dünya ictimaiyyəti  qarşısında  ittiham etdi. Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsini Moskvanın və respublika rəhbərlərinin  günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Sonra bu hadisəyə ilk siyasi-hüquqi qiymət verildi. Ulu Öndərin təşəbüsü və göstərişləri ilə 1994-cü il martın 29-da  Milli Məclisdə 20 Yanvar faciəsinə görə qərar verilməsini xahiş etdi və Milli Məclis qərar qəbul etdi. Ulu Öndər 20 Yanvar faciəsinin baş vermə səbəbləri və günahkarların araşdırılması ilə məşğul oldu və həqiqətləri üzə çıxardı. Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə 20 Yanvar Şəhidi  fəxri adı təsis edildi. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün  təkcə böyük faciə deyildir. 20 Yanvar həm də ləyaqətini qorumaq üçün qurban verməyə hazır olan bir xalqın tarixində şərəfli səhifədir. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Faciədən sonra milli azadlıq hərakatı tam siyasi reallığa çevrilibdönməz xarakter alıbxalq öz gələciyini yalnız müstəqil Azərbaycanda görüb.
Aşiq Mehdiyev

Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info

 



Oxşar Xəbərlər

Xəbər lenti