Ermənistanın ərazilərinin 20 %-dən çoxunun işğalına hüquqi don geydirmək üçün çalışdılar

ABŞ-in adını unuttuğum keçmiş prezidentlərdən biri daim dövri mətbuatı izləyirmiş. Bir neçə gün tənqid olunmadığını görəndə xeyli təccüblənir və soruşur ki, yəni biz işləmirik? Ətrafdakıların başa düşmədiyini görüncəaydınlaşdırır ki, iş varsa, tənqid edənlərdə tapılacaq.
Bəlkə də yazının bu girişini uğurlu hesab etmək olmaz. O səbəbdən ki, tənqid də var, tənqid də. Yəni bir var sağlam tənqid, bir də var qərəzli tənqid. Həm də bir var dost tənqidi bir də var..... qoy olduğu kimi deyək: düşmən tənqidi.
Adı Avropa şurası özü isə əslində bir xristian kulubu olan bu qurumun qərəzli davranışını başa düşmək. O qədər də çətin deyil. Ona görə ki, bu kiçik dövlətlərə vəxalqlara yuxarıdan baxmağa adət ediblər. Bu xislətin sahibi olanlara başqalarının uğurlarını həzm etmək çox çətindir. 
İradəsini sındıra bilməyəcəklərini görüncə başqa yoləl atdılar. Bizim öz tarixi ərazilərimiz barədədüşünməyimizə belə imkan vermək istəmirlər. 
Avropada altı milyondan çox yahudini, Afrikada milyon yarım günahsız ərəbi qətlə yetirənlər indi özlərini başbilən hesab edib insan hüquqlarının müdafiəsi cildinə giriblər.Yaxşı  ay müdafiəçilər bəs bir milyona yaxın azərbaycanlı əsir-yesir olanda harada idiniz ?
Biz irəlidə bu quruma “xristian klubu” dedik və belədediyimizə peşman deyilik. Çünkİ onlar on illərdir Azərbaycanın bir nömrəli müttəfiqi olan Türkiyəni AB-yəburaxmırlar. Niyə? Özləri yaxşı bilir niyəsini.
Ulu öndər Heydər Əliyev deyirdi ki, azərbaycan xalqı dözümlü xalqdır. Biz hər çətinliyə dözəcəyik. Zatən heç bir çətinlik də olmayacaq. Çünki biz zamanında başımıza nələr gətiriləcəyini nəzərə alaraq ləyaqətli müttəfiqlər aramışıq. Qoy nə qərar qəbul edirlərsə, etsinlər. Fikrimiz yalnış anlaşılmasın. Biz qızğın başla danışan avan türüstlə yox, ağılla düşünən proqramatiklərik. Ona görə dəhaqq yolunda olduğumuzu bilirik. Fikrimizi xalqının gücünü yaxşı bilən möhtərəm prizidentimiz İlham Əliyevin sözləri ilə tamamlayırıq: heç kim bizimlə güc dili ilə danışa bilməz!.

Kamalə Məmmədova

Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti