8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qafqaz, Anadolu, hətta Avrasiyanın tarixində mühüm rol oynamış dövlətlərdən biri Türkiyə, digəri isə Azərbaycandır. Milli-mədəni bağları olan bu iki dövlətin tarixlərində ortaq təcrübələr olduqca çoxdur. Bunlara ümumi olaraq nəzər salaq.Türkiyə ilə bir dövlət kimi əlaqələrimiz, xüsusilə də, qardaşlıq əlaqələri çox əski dövrlərə gedib çıxır. Aradan uzun illər keçməsinə baxmayaraq, xalqlar arasında birlik, həmrəylik azalmayıb, əksinə, bir millət iki dövlət səviyyəsinə yüksəlib. Dəmir pərdə arxasında (SSRİ) qardaşlar illər boyu bir-birini görmədən yaşasalar da, kimlikləri, adət-ənənələri heç vaxt itirilməyib. Məhz SSRİ-nin dağılması ilə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə elə Türkiyə oldu. Bu qardaşın əli, onun dəstəyi idi. Sonrakı dövrlərdə də Ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri daha da inkişaf etdirilməkdədir.Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyəarasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf etməkdədir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir.Xülasə, Türkiyə ilə ölkəmizin həm xalqları arasında, həm dəsiyasi baxımdan çox güclü bağları var. Qarabağ müharibəsindədə Türkiyənin dəstəyi sayəsində torpaqlarımızın azad edilməsi ilə Azərbaycan həm Türkiyə ilə, həm də öz daxilində sosial bütövlüyünü dərinləşdirdi. Bu kontekstdə Türkiyə iləAzərbaycan arasındakı dostluq bütün dünyaya nümunədir.Qənirə Abdullazadə
Ramiq Abidov adına 85 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Sozcu.info