Dünən, 21:30
7-10-2024, 10:03
4-10-2024, 10:23
27-09-2024, 11:44
19-09-2024, 00:17
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. XX əsrin faciəsi olan Xocalı soyqırımı cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş faciələrindən olan Xocalı faciəsi əvvəlcədən hazırlanmış plan əsasında törədilmişdi. Bu planın qurbanları olan adi adamlar isə gözlənilməz bəlaların fırtınasında qətlə yetirilmiş, əsir-girov götürülmüş, yurd yerindən qovulmuşdur. Dağlıq Qarabağı zəbt etmək məqsədi ilə Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərin miqyasına görə ən dəhşətlisi olan Xocalı faciəsi ermənilərin genosid cinayəti törətmələrini bir daha sübut edir.Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırım siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı soyqırımından 30 il ötür. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırım siyasətinin daha bir dəhşətli nümunəsidir.Xalqımızın Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra bu qanlı faciəyə ilk dəfə hüquqi qiymət verilmişdir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqıımı günü kimi qəbul etmişdir. Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət”beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, tədbirlər və yürüşlər həyata keçirilmişdir.O dövrdən başlayaraq dünya azərbaycanlıları və cənab Prezident İlham Əliyev erməni millətçilərinin xalqımıza qaşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərmişdir. Bu, Xocalı şəhidləri qarşısında bizim vəndaşlıq və insanlıq borcumuzdur.Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülmüşdür. Bakı şəhərində, ölkəmizin digər şəhər və rayonlarında Xocalı qurbanlarına abidələr ucaldılmış, Xocalı faciəsi haqqında məlumatlar orta məktəb proqramlarına daxil edilmişdir. İlhamə Şirinova Bakı şəhəri 316 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info