“Mənim dünya görüşüm kasaddır” – Kərim – VİDEO

 ARB Ulduz-un "Şou Məkan” verlişinin növbəti qonağı müğənni Kərim Abbasov olub.

Müğənni, ilk olaraq "Həyat yoldaşı” adlı klipindən ürək dolusu danışıb:

"Klipi 14 fevrala Sevgililərin gününə təqdim etməyimin səbəbi o idi ki, bu həyatda çox insanlar dost olaraq tanış olurlar, sonra münasibətləri sevgiyə çevrilir, ailə qururlar. Belə insanlar çoxdur həyatda. Bu klipi bir neçı gündür ki, təqdim etmişəm. Görürəm ki , bəyənənlər çoxdu”.

Daha sonra sənətçi, bəzilərinin mədə bulandırdığını deyib:

"Meşə çaqqalsız deyil. Pis rəylər yazırlar, yaxşı rəy yazanlar da olur. Başqalarının klipinə də oxşadırlar. Biri yazır ki, toy tutmaqdan ötrü bunu çəkmisən. Bir yazır ki, Tarkanın klipinə oxşadıbsan. Normal şeylərdir. Bilirsiniz, tənqid olmalıdır. Təhqir yox tənqid. Mən də bunları normal qəbul edirəm. Əvvəl, gəl dost olaq, sonra olarıq həyat yoldaşı. Bu sözlərə uyğun mən başqa necə canlandıra bilərəm. Oturub düşünəndə görürsən ki, ağla heç nə gəlmir. Bəlkə də mənim dünya görüşüm kasaddır. O da ola bilər”.

İfaçı eyni zamanda bəzilərinin bilib bilmədən onu tənqid etdiyini qeyd edib:

"Orda 4 günün əziyyəti var. Orda bir ay gözləmək var. Onu deyim ki, biz yanvar ayının 8-i 9-u bitirdik klipi. Fevral ayının 13-dən 14 –nə keçən gecə hələ işləyirdik. Onu çıxart bunu sal. Bir ay əziyyət çəkdik, amma o əziyyəti qiymətləndirmirlər. Demək asanddır. İnsanın əziyyətini puç etmək olmaz. Soyuqdan tir-tir əsirdik.. Botanika bağında çəkilişlər olanda , hələ mən rejissor Qurbanı demirəm.Yazıq uşaq soyuqdan tir-tir əsirdi. Əziyyəti dəyərləndirmək lazımdır”.

Kərim bostanına daş atanlara cavab verib:

"O insanlar düşünmürlər ki, bəlkə Kərimlə işimiz olmasın.. Axı Kərim iki-üç günün Kərimi deyil. Kərim bəlli bir zamanın Kərimidir. Kərimin 37 yaşı var. Kərim dovşanı arabayla tutur bu sənətdə. Baxırsan sənət yox, danışıq mədəniyyəti yox, səhnə mədəniyyəti yox. Gündə saçını xoruz pipiyinə bənzədir, rənglətdirir. Mənə söz atmaq lazım deyil. Sən bilirsən ki, mən sənə necə cavab qaytara bilərəm. Ondansa mənə dəymə də. Ən gözəli mənə dəymə.”

Kərim sonda bəlli ünvanlara ismarıc göndərməyi də unutmayıb:

"Sənətçi sənətçiyə durub söz atır. Hansı ki, münasibətdə olan sənətçi... Münasibəti olmayan sənətçi qalıb qıraqda heç söz atmır...Söz atır, amma düşünmür ki, sənin başına kubik ataram . Sənin özündən xəbərin var? Öz həyat tərzindən xəbərin var?”



Oxşar Xəbərlər

Xəbər lenti