YENİ AZƏRBAYCAN PARTİYASI- VII QURULTAY

Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin prezident seçilməsi, parlament seçkilərində qalib gəlməsi ilə Azərbaycanda və Cənubi Qafqazda siyasi partiyaya çevrildi. 
Tarix boyu Azərbaycana qarşı qonşu ölkələr tərəfindən edilən ədalətsizliklər, eyni zamanda Dağlıq-Qarabağ münaqişəsi Azərbaycan xalqını böhrana sürükləmişdi. Lakin ulu öndər Heydər Əliyevin 1993-cü ildə prezident vəzifəsinə seçilməsi ilə ölkədə bir çox islahatlar aparılmışdı. Bu islahatlar nəticəsində Azərbaycan iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə etmişdi. Bu gün ulu öndər Heydər Əliyevin davamçısı cənab Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində ölkənin ərazi bütövlüyü bərpa edilmişdir. 44 gün ərzində xalqımızın igid oğulları fədakarcasına döyüşərək torpaqlarımızı geri qaytardılar. 
Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixdəVII qurultayı keçirilmişdir. Qurultayda cənab prezident İlham Əliyev çıxış etmiş və ölkədə keyfiyyətli dəyişikliklərə səbəb olan qərarlar qəbul etmişdir. Qurultayda Yeni Azərbaycan partiyasının tərkibi, təşkilati məsələləri, ölkədə aparılan siyasi islahatlar barəsində mühim qərarlar qəbul edilmişdir. 
Yeni Azərbaycan Partiyası digər ölkələrlərin hakim partiyaları ilə sıx əməkdaşlıq edir. Eyni zamanda YAP ilə Türkiyənin hakim partiyası olan  Ədalət və İnkişaf Partiyası arasındakı uzunmüddətli əməkdaşlığı “Bir millət , iki dövlət” siyasətinə dəstəyi göstərir. 
YAP-ın VII qurultayında partiyanın siyasi sistemdə strateji istiqamətləri, partiya daxili münasibətlərin meyarları, strateji hədəflər öz əksini tapmışdır. Qurultayda partiyanın “ Koronovirusla Mübarizəyə dəstək Fondu na, Silahlı qüvvələrə Yardım Fondu na, YAŞAT Fonduna, həmçinin qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərilməsi barədə məlumat verilmişdir.
YAP-ın təşkilatçılığı ilə şəhid ailələri və müharibə veteranları ilə mütəmadi görüşlər keçirilmiş, onlara daim qayğı və diqqət göstərilmişdir.  

Səbinə Əliverdiyeva

Suraxanı Rayonunun fəal gənci

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}