“YAP” -gələcəyimizin partiyası

Dünənin, bu günün və sabahın partiyası. 2021 ci il 5 mart tarixinə təsadüf olunan Yeni Azərbaycan Partiyasının VII qurultayı böyük qələbədən sonra ilk qurultay idi. Bu tarixi hadisə çoxlu ilkinlərə imza atdı. 30 ilə yaxın bir müddətdə qəlblərdə yaşayan bir ağrını,kədəri, niskili, utanclığı ölməz şəhidlərin, unudulmaz qazilərin, fədakar əsgərlərin, qətiyyətli prezidentinin hesabına arxada qalmışdı. Bu qurultay artıq yeni formatda, yeni zəruriyyətdən və yeni təkliflər müzakirəsinə çevrildi. Artıq azad olmuş ərazilərimizin abadlaşması, yeni kənd və şəhərlərimizin yenidən yaradılması, yeni dünyada yeni qaydalarla yaratmaq kimi həlli vacib məsələlər müzakirə olunmalı idi və olundu. Artıq müzəffər xalqın alternativsiz siyasi təşkilatı dövrün tələbinə uyğun hərəkət proqramını tərtib etməli idi və etdi də.
Bu qurultayın fərqini hər an hiss etmək olurdu çünki bu böyük siyasi tədbir ancaq yaratmaq, qurmaq,ucaltmaq həvəsini tərənnüm edirdi. Biz dünənimizi bu partiya ilə qurmuşduq, bu gün bu partiyanın prinsipləri hesabına yaşayırıq və yaradırıq, sabahımızı da məhs bu partiyanın nuru ilə işıqlandırmaq fikrindəyik. Ölkəmizə,xalqımıza sabitliyi, sakitliyi YAP gətirmişdi. Bu günkü qələbəni YAP-ın proqramı hesabına mərd, cəsur oğlanların hesabına əldə edirik. Daha uğurlu, daha inkşaflı, daha möhkəm dayaqlara söykənmiş gələcəyimizi də YAP-da görürük.
Yaşasın Azərbaycan xalqı, Yaşasın Azərbaycan Dövləti, Yaşasın Yeni Azərbaycan Partiyası!!!
Fərqanə Babayeva
Suraxanı rayonu, 97 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti