8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Martın 14-də Bakıda Gülüstan sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XI Qlobal Bakı Forumu işə başlayıb.Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edib.Forumda çıxış edən prezident İlham Əliyev Bakı Qlobal Forumunun Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədə dayandığını bildirib.Sürətlə dəyişib inkişaf edən dünyada yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır.Çıxışı zamanı II Qarabağ müharibəsi mövzusuna toxunan prezident bildirmişdir ki,əvvəl hər il burada keçirilən görüşlərimizdə biz hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik.Biz münasibətlərin sülh yolu ilə həll olunmasına çalışırdıq ,lakin Ermənistan tərəfi nə bununla razılaşır,nə də BMT-nin qətnamələrinə əməl edirdi.Biz 2020-ci ilin sentyabr-noyabr aylarında onlara dərs vermək məcburiyyətində olduq və başa saldıq ki, kiməsə güvənərək başqasının torpağına sahib ola bilməzlər.2020-ci il noyabrın 10-da Ermənistanın imzalamaq məcburiyyətində olduğu kapitulyasiya aktına əsasən onlar o zaman bizim nəzarətimizdə olmayan Qarabağın qalan ərazilərindən işğalçı qüvvələrini çıxarmaq öhdəliyini üzərinə götürsələr də, 3 il ərzində bunu etmədilər. Onlar nəinki on beş minlik hərbi kontingentini ərazidən çıxarmadı, hətta İkinci Qarabağ müharibəsindən sonra kommunikasiya yolları üzərində nəzarətimizin olmadığından faydalanaraq silah, mina və sursatları qaçaqmalçılıq yolu ilə Qarabağa göndərdilər.Keçirilən antiterror əməliyyatları Ermənistana adekvat cavab oldu.Forumda müzakirə olunan digər məsələ COP29-dur.COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir.Çıxışı zamanı ötən ilin oktyabrında Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışının edildiyini bildirən prezident eyni zamanda 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırıldığını da qeyd edib.Həmçinin Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası ilə əlaqədar işlərin getdiyi də vurğulanıb.Sonda prezident İlham Əliyev bütün iştirakçılara, xüsusilə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirir və Foruma uğurlar arzu edib.Aysel MustafayevaSəttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi
Sozcu.info