8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Milli Məclisdə "Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, Azərbaycanda 15 yaşdan aşağı vətəndaşlar üçün şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsinə görə dövlət rüsumu tətbiq olunacaq.
Belə ki, 15 yaşdan aşağı vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün rüsumlar aşağıdakı kimi olacaq:
- 10 iş günü ərzində veriləcəyi təqdirdə - 4 manat; - 3 iş günü ərzində veriləcəyi təqdirdə - 20 manat; - 1 iş günü ərzində veriləcəyi təqdirdə - 25 manat.
Qeyd olundu ki, hazırkı qanunvericiliyə əsasən 15 yaşdan aşağı şəxslər şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsi üçün dövlət rüsumundan azaddır. 15 yaşdan yuxarı şəxslər üçünsə bu rüsumlar müvafiq olaraq 5, 25 və 35 manat təşkil edir. Dəyişikliklər 15 yaşdan yuxarı şəxslərə şamil olunmayacaq. Qəbul olunan dəyişikliklər 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.
E.PAŞASOY