Elmar Məmmədyarov: “Azərbaycan qadınlara səs hüququ verən ilk ölkələrdəndir”

 

"Demokratiyanın gücləndirilməsi və insan haqlarına riayət edilməsi Azərbaycan üçün əsas prioritetlərdir".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Azərbaycan ölkədə təhsil və səhiyyənin inkişafına böyük diqqət yetirir.

O, Azərbaycanın qadınlara səs vermək hüququ verən ilk ölkələrdən biri olduğunu xatırladıb.

"Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Ölkədə müxtəlif dinlərin və millətlərin nümayəndələri sülh və harmoniya şəraitində yaşayırlar", - E.Məmmədyarov bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti