27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Azərbaycan xeyli müddətdir ki, beynəlxalqtoplantılara, forumlara, konfranslara, hətta idman yarışlarına yüksək səviyyəli ev sahibliyi edir və bu, dünya tərəfindən hər zaman təqdir edilir. 04.06.2024 –cü il tarixdə öz işinə başlayan Bakı Enerji Həftəsi də Cənabİlham Əliyevin sayəsində mühüm beynəlxalq tədbir kimi diqqəti cəlb edir. İyunun 6-da başa çatacaq Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumudur. "Caspian Oil&Gas" və "Caspian Power" sərgiləri Bakı Ekspo Mərkəzində, forum isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil edildi. Bununla da keçirilməsi ənənəyə çevrilmiş Bakı Enerji Həftəsi dünyanın enerji sənayesi sahəsinin liderlərini bir araya gətirdi və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirdi. Prezident İlham Əliyevin hər il "həftə"nin açılış mərasimində iştirak etməsi də bu tədbirin yüksək statusunu göstərir. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. Burada Azərbaycanla yanaşı, Böyük Britaniya, Almaniya, ABŞ, Çin,Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, BƏƏ, Bolqarıstan, Çexiya, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Qazaxıstan, Latviya, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya ölkələri dəiştirakçıdır. İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər tədbirə ilk dəfə qatılır. Ən vacib faktlardan biri budur ki,builki sərginin iştirakçılarının ümumi sayının 15 faizini yeni şirkətlər təşkil edir və onların əksəriyyəti Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə dünyada tanınan şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.Neft sənayemizlə birgə inkişaf edərək genişlənən, şaxələnən, yeni sahə və mövzularla əhatə olunan Xəzər Beynəlxalq Neft və Qaz Sərgisi bu il bir neçə əhəmiyyətli hadisəyə təsadüf edir. Bunlardan biri bu il ölkəmizin neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasının 30 ilinin tamam olmasıdır. Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin təsis edilməsi də30 ilini adlayır. Eyni zamanda, budəfəki sərgilər və forum Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili"nin yaşandığı dövrdə keçirilir. Son olaraq, bu il ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirə evsahibliyi edəcək. Əlbəttə ki, bu əlamətdar və vacib hadisələrin hər biri Bakı Enerji Həftəsinin proqramında öz əksini tapacaq. Bakı EnerjiHəftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulmasına, təcrübə mübadiləsinə və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək göstərəcək.Builki sərgidə Xəzər regionunda olan əsas neft-qaz layihələri və regionun enerji təhlükəsizliyi məsələri müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir."Caspian Power" sərgisində isə beynəlxalq və yerli şirkətlərin energetika və "yaşıl enerji" mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yenilikləri və bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə günəş və külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş etdiriləcək.Qaz sərgisinin keçirildiyi vaxta yönəldərək bildirdi ki, otuz il bundan əvvəl Azərbaycan başqa bir ölkə idi. Ölkəmiz müstəqillik yolunda ilk addımlarını atırdı. Bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan birdövr idi. 1993-cü il dönüş nöqtəsi oldu. Ulu Öndər HeydərƏliyevin həmin ilin iyun ayında xalqın təkidli tələbi iləhakimiyyət qayıdışından sonra ölkənin tarixində yenisəhifə açıldı. Ümummilli Liderin hakimiyyətə qayıdışıAzərbaycanın bugünkü uğurlarının başlanğıcı oldu. Sonrakı uğurlarımızın təməl daşı olan 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanmasıAzərbaycanın qarşısında geniş imkanlar açdı.Doğrudan da, Ulu Öndərimiz Heydər Əliyev hələ 30 il əvvəl keçirilmiş ilk sərgidə böyük qətiyyətlə gələcək üçün nəzərdə tutulan böyük işlərin uğurlar gətirəcəyini busözlərilə təsdiqləmişdi: "Bu tarixdən böyük fəxrlə danışmaqla, Azərbaycan neftçilərinin bir çox nəsillərinin əməyini yüksək qiymətləndirməklə yanaşı, bu gün, eyni zamanda, qeyd edirəm ki, indi ölkəmizin neft sənayesinin inkişafında yeni mərhələ açılır. Bu mərhələ Xəzər dənizində neft və qaz yataqlarının işlənməsində Qərbin iri neft şirkətlərinin fəal iştirakı ilə bağlıdır. Əmin edirəm ki, Azərbaycan neftçiləri sizin layiqli tərəfdaşınız olacaq. Ümidvaram ki, Azərbaycana gələn Qərbin neft şirkətləri ölkəmizin neft və qaz sənayesinin bütün tarixi ərzində əldə olunmuş nailiyyətləri həmişə yüksək qiymətləndirəcəklər".Beləliklə, 1994-cü il sentyabrın 20-də imzalanan“Əsrin müqaviləsi” ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir ölkəmizin strateji tərəfdaşıdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaş olaraq qalacaqdır. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar Azərbaycana etibar etdilər.Indi Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi şöhrət tapıb və bu sahədə davamlı olaraq əlaqələrini genişləndirir,mötəbər tədbirlərə ev sahibliyi edir. Bunun bir təsdiqi Bakı Enerji Həftəsidir. Builki Bakı Enerji Həftəsi, eyni zamanda, daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. COP29 kimi mötəbər tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkəmizin dünyada beynəlxalq və genişmiqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha təsdiqləyir.Aytən ƏliyevaSuraxanı rayonu, 146 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi
Sozcu.info