Dünən, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
Cənubi Koreyanın Pxençxan şəhərində martın 9-da başlayacaq Qış Paralimpiya Oyunlarında Rusiyanın 30 idmançısı buraxılıb.
Bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) mətbuat xidməti məlumat yayıb. Qış Paralimpiya Oyunlarının iştirakçıları siyahısına Rusiyadan 3 kişi snoubordçu, 12 qadın xizəkçi, 10 kişi və qadın dağ xizəkçisi, 1 qadın körlinqçi və 4 kişi körlinqçi daxil edilib.
Həmçinin, Oyunlarda 39 məşqçi və texniki işçi iştirak edəcək. Martın 18-dək davam edəcək paralimpiadada görmə qüsurlu 6 xizəkçinin müşahidəçiləri də olacaq.
Qeyd edək ki, Rusiya 2014-cü il Qış Paralimpiya Oyunlarında 69 idmançı ilə təmsil olunub.