8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ey dadi bidad danəndə dəhan dərviş d....
Azərbaycanın hər bölgəsində olduğu kimi, Qubadlı torpağı da tarix boyunca vətənpərvər oğullar yetişdirirb. Qubadlı deyəndə Qaçaq Nəbinin, Həcərin, Həkəri - Bərgüşad çayının, Mir Həmzə Seyid Nigarinin, Sarı Aşığın, Mir Sədi Ağanın, Mir Məhəmmədin, Bəhlul Behcət Əfəndinin, Eldar Baxışın, Ramiz Rövşənin, Əliyar Əliyevin, Həsən Qorxmazın adı necə dilə gəlirsə, Azərbaycanən Milli Qəhrəmanı Ələkbər Əliyevin adı da o doğmalıqla ruhumuzu coşdurur, sinəmizi qabardır, bizə böyük qürur hissi bəxş edir.
Ayazlı-şaxtalı bir qış günü Azərbaycanın (22 dekabr 1955-ci il) Qubadlının İşıqlı kəndində dünyaya göz açan Ələkbər Əliyev gününən, ayınan, ilinən böyüyüb atasını, anasını sevindirdi. El- obanın seçilən gənclərindən biri oldu.
Ələkbər Əliyev ailənin doqquz övladından beşincisisidr. Uşaqlıq illərindən futbola sonsuz həvəsi yaranıb. Qubadlı rayonunun Muradxanlı kənd orta məktəbini (1962-1972) bitirdikdən sonra 2 il Sumqayıt politexnik texnikomunda təhslini davam etdirir. 1974-cü ildə Ələkbər sovet ordusu sıralarına hərbi xidmətə yollanır.
Sovetlər birliyi cəhənnəmə vasil olandan sonra, Azərbaycanda da xaos, dağıntı, qarışıqlıq baş alıb getməyə başladı. O dönəmdə əsrlərdir marıqda gözləyənlər fürsəti fövtə verməyib vətənimizi yenidən parçlamağa, kiçiltməyə, özlərinə yeni vətənlər əldə etməy çalışdılar. Doğrudur, xalqımız bu ifrat əxlaq dışı və vəhşi, barbar ünsürlərə qarşı biganə qalmadı və qala da bilməzdi. Mənfurlar, erməni və rus birləşmələri təpədən dırnağa silahlanaraq əzəl torpaqlarımza qarşı qanlı hadisələr törətməyə, cinayətlər işləməyə, yurdumuza təcavuz etməyə başladılar. Azərbaycan hər tərəfdən gerçək namərt xislətli düşmənlərlə əhatə olunduğu bir məqamda, Ələkbər Əliyev könüllü olaraq silaha sarılır. Vətənin dar günündə Qubadlı rayonu istiqamətində erməni-rus hərbi birləşmlərinə qarşı amansız döyüşlərdə iştrak edir. Sözün əsl mənasında erməni-rus faşistlərinə qan uddurur. Analarından əmdiklərini burunlarından gətirir. Dünyanı onlara dar edir.
Həmişə olduğu kimi, birinci Qarabağ savaşında da gizlənənlər, xaricə qaçanlar, övladlarını Maştağaya göndərənlər, özlərinə rüşvət qarşılığında xəstəlik kağızı düzəldənlər az deyildi. Qonşunun evini oğurlayıb qaçarkən yıxılıb başı divara, daşa dəyənlərin hamısı Birinci Qarabağ savaşı qazisi kimi əlillik dərəcəsi alıb üzərində sənət gəzdirənlərlə az qarşılaşmadıq, az tanımadıq onları. Ələkbər isə 4 körpə övladını həyat yoldaşına tapşırıb qudurmuş, quduzlaşmış düşmənə qarşı bütün ruhuyla, canıyla savaşa başlayır. Ələkbər Əliyevin o dövrdə uzun bir döyüş yolu keçdiyi, necə keçdiyi, hansı risqlər, cəsarətlər, igidliklər bahasına onun silahdaşlarına, dövlətə və Allaha bəlli idi. Doğrudur, bu gün çoxlarına birinci Qarabağ savaşında əsl igid övladlarımızın qəhrəmanlığından danışmaq, fikirlərini çatdırmaq bir az çətindir. Ancaq onu qeyd eləmək lazımdır ki, nə qədər imkansızlıqlar olmasına baxmayaraq, Birinci Qarabağ savaşında ölümün gözünün içinə dik baxan, vətənini, xalqını düşünən, bu yolda gözünü qırpmadan əsl kişilik yolu keçərək, döyüşərək ölümə gedən igidlərimiz az olmayıb. Onların haqqını unutmağa, xatirələrini yad etməməyə, geridə qoyduqları əmanətlərə sahib çıxmamağa bu gün heç bir azərbaycanlının haqqı yoxdur. Bax, haqqında danışdığımız, uca şəhidlik məqamına yüksələn elə böyük qəhrəmanlarımızdan biri də Ələkbər Əliyevdir.
Ələkbər özünümüdafiə dəstəsi yaradaraq doğma torpağın müdafıəsinə qalxdığını o zamanlar Qubadlı və ətraf rayonlarda hər kəs bilirdi. O, döyüşlərdə əsl qəhrəman kimi vuruşurdu. Bu cümlə söz xatirinə yazılmış fikir deyil. Ələkbəri tanıyan və sağ qalan bütün döyüş yoldaşları onun haqqında eyni qənaəti ürəklə bölüşürlər. İşğal altında olan Laçın torpaqlarının azad olunması Ələkbərin ən böyük arzusu idi. İgid döyüşçü Türklər, Səfiyan, Suarası kəndlərində gedən döyüşlərdə onlarla erməni yaraqlısını məhv etmişdir.
Laçın rayonunun Suarası kəndində ağır ölüm-dirim döyüşləri gedirdi. Ələkbər Əliyev 7 avqust 1992-ci il tarixdə öz dəstəsi ilə həmin kəndə köməyə gedir. Burada mühasirəyə düşürlər. Ələkbər Əliyev öz əsgərlərini xilas etmək üçün əlbəyaxa döyüşə girir. Neçə-neçə erməni quldurunu məhv edən cəsur döyüşçü qəhrəmanlıqla həlak olur.
Onunla bağlı yazılmış xatirələrin birində oxuyuruq:”1992-ci il avqustun 6-da Laçının Suarası kəndində 6 nəfər şəhid verir. Mühasirəni yarırlar. O şəhiddən biri də Qəhrəman olub. Səkkiz güllə yarası alıb. Əsir düşməmək üçün özünə güllə sıxıb. (Sonuncu döyüşü Laçının Suarası kəndində gerçəkləşib. 1992-ci il 7 avqust tarixində gedən bu döyüşdə təkbaşına 20-ə qədər erməni hərbçisini məhv edib və qəhrəmancasına həlak olub)”
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Şəhid Ələkbər Əliyev Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Xətai rayonundakı 204 saylı orta məktəb şəhid və Milli Qəhrəmanın adını daşıyır.
Ələkbər Əliyevin həyat yoldaşı Reyxan xanım qəhrəmanın şəhadətə yüksəlməsindən sonra çətinliklə də olsa 4 övladını böyütdü. Bu gün Qəhrəmanımızın ocağında sevimli övladları onun xatirəsini, ruhunu, kimliyini böyük sevgi ilə yaşadırlar. Ruhu Allahın ən uca mərtəbəsində olan atalarının adına, sanına, şəxsiyyətinə xələl gələcəlk, gətirirləcək heç bir hərəkətə, əmələ yol vermirlər. Bu gün o dört övlad Ələkbər Əliyevlə bahəm bütün azərbaycanlıların və Azərbaycanın övladları hesab olunur.Xalq, millət, vətən, dövlət uğrunda gözünü qırpmadan savaşan, düşmənə qarşı amansız olan hər bir kəsin övladı hər kəsin övladıdır.
Türk şairi Arif Nihat Asiya deyirdi ki,
Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçün....
Əgər bu dünyada belə bir coğrafiya, belə bir ərazi əzəldən gəlib bizə çatıbsa, bizim vətənimiz olmağını “əsirgəməyib”sə, demək tarix boyunca vətənimizin azadlığı uğrunda saysız - hesabsız qurbanlar vermişik. Şəhidlərimiz öz boyunlarına düşən görəvi şərəflə və tərəddütsüz, geridə qalanlara heç bir şərt qoşmadan gerçəkləşdiriblər, bir sözlə onlar öz işlərini ləyaqətlə görüblər. Bəs biz? Azərbaycan xalqının bütün övladları birmənalı anlamalıdır ki, o şəhidləri unutmamamq görəvini insanlıq və vətəndaşlıq məsuliyyətiylə dərk etməlidir.
Xanəmir Telmanoğlu
Sozcu.info