8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İyulun 26-sı saat 9:00-a olan məlumata görə bölgələrdə qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Sozcu.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Qəbələdə 27 mm, Lerik, Astarada 22 mm, Oğuzda 17 mm, Kürdəmir, Şahdağda 15 mm, Qubada 11, Qrız, Yardımlıda 10 mm, Göyçayda 9 mm, Lənkəranda 8 mm, Zərdab, Tərtər, Şəki, Qax, Qobustan, Qusar, Şamaxı, Biləsuvar, Naftalan, İsmayıllı, Altıağac, Şabran, Mingəçevir, Beyləqan, Daşkəsən, Naxçıvan, Gədəbəy, Göygöl, Gəncə, Bərdə, Goranboy, Ağdam, Balakən, Xaltan, Yevlax, İmişli, Neftçalada 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Şahdağ, Qrız, Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Şəki, Qaxda duman müşahidə olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 35, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti olub.