İki ölkə arasında güclü müharibə olacaq: Hazırlıq DAVAM EDİR


Çin və ABŞ arasında münasibətlər getdikcə gərginləşir. 

Sozcu.info xəbər verir ki, bu haqda qlobal müdafiə mediasının mühüm nəşrlərindən biri olan Army Recognition məlumat yayıb. 

Bildirilib ki, hər iki ölkə bütün hərbi gücünü səfərbər edərək, dayanmadan müharibəyə hazırlıq prosesi aparır. Bu ərəfədə isə Çinin mümkün müharibəyə necə hazırlaşdığı ortaya çıxmağa başlayıb. Belə ki, rəsmi Pekin gizli obyektlərdə ABŞ döyüş təyyarələri və gəmilərinin eyni miqyaslı modellərini vuraraq ordusunu mümkün münaqişəyə hazırlayır.

Çin öz ərazisindəki gizli hərbi bazalarda ABŞ hava qüvvələrinə qarşı döyüş təlimləri keçirir. Həmçinin, öz istehsalı olan mühərriklərlə təchiz edilmiş ABŞ təyyarələrinin tam ölçülü modellərindən istifadə edərək təlimlərlə öz hava gücünü və müdafiə qabiliyyətini sınaqdan keçirir. 

yenisabah.az



Oxşar Xəbərlər

Xəbər lenti