Beyləqanda Şəhid Həsənov Pərviz Yolçu oğlunun doğum günü qeyd olunub -Fotolar

Beyləqanda hər bir şəhidin doğum günü təqvimdə xüsusi olaraq qeyd olunur.  Şəhid Pərviz Həsənovun xatirəsi də doğum günündə onun məzarı başında anılıb.


Sozcu.info xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov RİH başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rövşən Namazəliyev, şəhidin ailə üzvləri və yaxınları, şəhid ailələri, kənd ictimaiyyəti ilə birgə şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyaraq əziz xatirəsini ehtiramla yad ediblər.


RİH başçısı Əziz Əzizov şəhidin ailə üzvləri ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıb. Ə.Əzizov bildirib ki, bu gün şəhidlərimizin ruhu şaddır, çünki Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, düşünülmüş rəhbərliyi, ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində bu gün Qarabağımız azaddır. Rayon rəhbəri vurğulayıb ki, Azərbaycan gəncliyi və gələcək nəsilləri belə qəhrəman oğullarımızı daim fəxr və qürurla anacaq.

Şəhid ailəsi qəhrəman oğulları ilə daim fəxr etdiklərini, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Həsənov Pərviz Yolçu oğlu 17.09.1990-cı il tarixdə Beyləqan rayonu Kəbirli kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Həsənov Pərviz 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq vuruşub. 

Həsənov Pərviz 20 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Prezidenti İlham Əliyeviv müvafiq sərəncamlarına əsasən Həsənov Pərviz ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, medalları ilə təltif edilib.

Sozcu.info





Oxşar Xəbərlər

Xəbər lenti