Vətən Müharibəsi şəhidi Dadaşzadə Mahir Qərib oğlunun ildönümü ilə əlaqədar ailəsi ziyarət olunub -Fotolar


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini və şöbə müdirləri ilə birgə Vətən Müharibəsi şəhidi Dadaşzadə Mahir Qərib oğlunun ildönümü ilə əlaqədar Beyləqan şəhərində şəhidin ailəsini ziyarət ediblər.

Sozcu.info xəbər verir ki, ziyarət zamanı Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən, şəhid Mahir Dadaşzadənin keçdiyi döyüş yolundan söhbət açılıb. 

RİH başçısı Əziz Əzizov tarixi torpaqlarımızı düşmən tapdağından azad edən, şanlı üçrəngli bayrağımızı Vətən göylərində böyük məğrurluqla dalğalandıran Azərbaycan şəhidlərimizə hər zaman borclu olduğumuzu və ona görə də onların əziz xatirəsini qəlbimizdə daim yaşayacağını qeyd edib.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Şəhid Mahir Dadaşzadə 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində və 2020-ci ilin 12–16 iyulunda baş verən Tovuz döyüşlərində savaşıb.

 Azərbaycan Ordusunun baş leytenantı olan Mahir Dadaşzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı Murovun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mahir Dadaşzadə Vətən müharibəsində 20-dən çox yaralı hərbçini döyüş meydanından çıxarıb.Mahir Dadaşzadə Oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonu Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Mahir Dadaşzadə ölümündən sonra " Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları və “3-cü dərəcəli "Rəşadət" ordeni" ilə təltif edilmişdir.

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti